Mədrəsədə partlayış olub

  • 09 may 2017, 16:38

Əfqanıstanın Pərvan əyalətində mədrəsədə güclü partlayış baş verib.

TASS xəbər verir ki, hadisə nəticəsində azı 9 nəfərin öldüyü, qurbanların da yerli dini icmanın rəhbəri və 8 tələbəsi olduğu bildirilir.

Partlayıcı qurğu dərs prosesi zamanı sinif otağında işə düşüb.

Yaralılar barədə hələlik məlumat yoxdur.

Heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Oxşar xəbərlər