Xəbər lenti
Bütün xəbərlər

Qazaxda qadını maşın vurdu

  • 07 may 2017, 18:41
Bakı-Qazax magistral yolunda avtomobil piyadanı vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Qazax rayonu Ağköynək kəndi ərazisində qeydə alınıb.
 
Qazax şəhər sakini 1951-ci il təvəllüdlü Mahmudova Südabə Mustafa qızı yolu keçən zaman avtomobil onu vurub. Müxtəlif xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər