Polisin yetirməsi çempion oldu

  • 05 may 2017, 12:35

Daxili işlər orqanlarında xidmət edən idmançı əməkdaşlar ölkə və beynəlxalq miqyaslı mötəbər yarışlarda ən yüksək nəticələr əldə etdiyi kimi, məşqçilərimizin yetirmələri də qatıldıqları turnirlərdə fərqlənirlər. Bu yaxınlarda atçılıq idmanının konkur növü üzrə "Murad” kuboku uğrunda keçirilən yarışda qalib olan Samir Məmmədov da polis məşqçinin yetirməsidir.

DİN mətbuat xidmətinin əməkdaşı Natiq Cavadovun Musavat.com-a verdiyi məlumata görə, ölkəmizdə bu qəbildən yarışların keçirilməsinə başlanandan ötən müddət ərzində yeni perspektivli idmançılar yetişib. Onların göstərdikləri nəticələr də yüksəlir. Son yarışda qalib olan S.Məmmədov da ümidverici idmançılardandır. Axırıncı yarışda o cıdıra çıxdığı xüsusi yetişdirilmiş atla 115 və 120 santimetrlik maneələri dəf edərək qələbə qazanıb.

Gənc idmançımız DİN İdman Cəmiyyətinin kiçik inspektoru, polis baş serjantı Samir Məmmədovun yetirməsidir. Samir vaxtilə qatıldığı konkur növü üzrə ölkə və beynəlxalq miqyaslı yarışlarda yüksək nəticələr əldə edib. Hazırda öz bilik və təcrübəsini gənclərlə bölüşür, ölkə idmançılarının beynəlxalq yarışlara hazırlanması üçün əlindən gələni əsirgəmir.

Demokratik.Az

Oxşar xəbərlər