Xəbər lenti
Bütün xəbərlər

ADAU-da antinarkotik təbliğatın gücləndirilməsinə dair tədbir keçirilib

  • 28 apr 2017, 14:22

Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə şəhər BPİ Nizami rayon Polis İdarəsinin əməkdaşları tələbələr üçün "Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi" mövzusunda tədbir keçiriib.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, tədbiri  təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb, gəncliyin böyük qüvvə olduğundan, onların sağlam mühitdə sağlam yaşamalarının vacibliyindən, narkomaniyanın ömrü məhv edən dəhşətli bir bəla olmasından danışıb.Tədbirdə dekanlar, tyutrorlar, tələbə təşkilatları, ümumilikdə 240 nəfər iştirak edib. Tələbələrin və gənc müəllimlərin çoxluq təşkil etdiyi toplantıda narkomaniyanın sağalmaz bəla olduğundan danışılıb və bu istiqamətdə aparılan mübarizə tədbirlərindən faktlar dilə gətirilib.

Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon polis idarəsinin rəisi, polis polkovniki  Ədalət  Sadıxov məruzəsində narkotik və psixotrop maddələrin insan sağlamlığına və cəmiyyətə ziyanından geniş məlumat verib, bu istiqamətdə yaradılan beynəlxalq konvesiyaların gördüyü işlərdən, verilən mühüm sərəncamlardan söz açıb. Ə.Sadıxov  Azərbaycanda, eləcə də Gəncədə görülən işlərdən də ətraflı danışıb.

         Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və geniş diskusiya aparılıb. Bildirilib ki, narkomaniya ilə mübarizə tək polisin işi deyi və bu mübarizədə cəmiyyətin hər bir üzvü fəal olmalıdır.

 

Demokratik.Az

Oxşar xəbərlər