Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Ramil Usubov iki rayonun polis rəisini dəyişdirdi
Ramil Usubov iki rayonun polis rəisini dəyişdirdi
- 28 apr 2017, 13:57
Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin
edilib.
Demokratik.Az "Report”a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Quliyev Mübariz İlyas oğlu vəzifəsindən azad edilib. O, Cəlilabad RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə Cəlilabad RPŞ-nin rəisi Namiq Əlihüseyin oğlu Camalov vəzifəsindən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti