Ali Məhkəməyə yeni hakim seçildi

  • 25 apr 2017, 13:30
Milli Məclisin bu gün keçirilən plenar iclasında Ali Məhkəməyə yeni hakimin seçilməsi məsələsinə baxılıb.
 
APA-nın məlumatına görə,  Əziz Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədliyi irəli sürülüb. 
 
Millət vəkilləri Əziz Seyidovun Ali Məhkəmənin hakimi təyinatını təsdiqləyib. 
 
Qeyd edək ki, Bakı şəhər prokuroru Ə. Seyidovun səlahiyyət müddəti bu il başa çatıb.
Oxşar xəbərlər