Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Surət Hüseynovun cangüdəni Hollandiyada bıçaqlanıb
Surət Hüseynovun cangüdəni Hollandiyada bıçaqlanıb
- 25 apr 2017, 07:52
Hollandiyada azərbaycanlılar arasında dava düşüb. Dava nəticəsində sabiq baş nazir Surət Hüseynovun cangüdəni olmuş Polad Məmmədov 6 bıçaq zərbəsi alıb.
O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin süjet xətti barədə saytlar bu cür yazır: qonaqlardan biri (azərbaycanlı) P.Məmmədovla mübahisə edib. Daha sonra onlar mübahisəni davam etdirmək üçün restoranın yaxınlığındakı parka gediblər. Mübahisə zamanı həmyerlisi P.Məmmədova 6 bıçaq zərbəsi vurub. Polad Məmmədovun vəziyyəti stabil ağır olaraq qalır.
Cinayəti törədən şəxs saxlanılıb.
Hadisə ilə bağlı tanınmış Azərbaycan ziyalısı, mühacir Elman Mustafazadə öz Facebook səhifəsində olduqca maraqlı status yayzıb, bıçaqlanan P. Məmmədovun özü ilə bərabər fotosunu və bıçaqlandıqdan dərhal sonrakı qanlı videsunu paylaşıb. E. Mustafazadə yazır ki, Polad onun yaxın dostu və əksər mühacirlərin arxa -dayağı olub. Hazırda P. Məmmədovun səhhətinin yaşamasına ümid verdiyini qeyd edən E.Mustafazadə cinayəti bir narkomanın törətdiyini söyləyib.
Demokratik.Az həmin videonu təqdim edir:

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti