Xəbər lenti
Bütün xəbərlər

Bakıda ŞOK intihar: 4 kişi özünü öldürdü

  • 18 apr 2017, 16:42
Lent.az xəbər verir ki, Sabunçu rayon sakini, 1968-ci il təvəllüdlü Babayev Kamal Aslan oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi və spirtli içki aludəçisi olduğu bildirilir.

Bundan başqa, Maştağa qəsəbəsində yaşayan Derenov Vyaçeslav Vladimiroviç tanışına məxsus həyət evində özünü asaraq intihar edib. Məlum olub ki, rus əsilli Azərbaycan vətəndaşı olan V.Derenov keçən il həyat yoldaşından boşanıb və maddi çətinliklərlə mübarizə aparırmış. O, məhkəmənin təyin etdiyi alimenti ödəyə bilmədiyi üçün özünü asıb.

Daha bir intihar hadisəsi Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 42 yaşlı Zaur Hacıyev evdə özünü asaraq həyatına son qoyub.

Zığ yolu, ev 40, mənzil 83-də də intihar hadisəsi qeydə alınıb.

Həmin ünvanda yaşayan 3 uşaq atası, 1977-ci il təvəllüdlü Emil Qismət Oğlu Hacıyev özünü 6-cı mərtəbədən ataraq intihar edib.
 
Demokratik.Az
Oxşar xəbərlər