Hansı seks növləri qadınlara həzz verir?

  • 17 apr 2017, 14:36

Aile.lent.az tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın məqaləsini təqdim edir. 

Uzun zamandır dünyada gərdək gecəsi alınmayan cinsi əlaqə statistikası haqqında məlumat toplayıram. Doğrusu, yaman məyus oldum – elmi platformalarda axtardığım sualları cavablandıracaq bircə dənə də məqalə tapa bilmədim. Məsələlərə elmi yanaşan cəmiyyətlərdə evliliyə qədər cinsi əlaqə praktikası yayğın olduğu üçün onlar məsələyə bizim kimi yanaşmırlar. Evliliyə qədər bakirəlik məsələlərinə ciddi fikir verən cəmiyyətlərin alimləri isə yazmağı sevmirlər. Özüm bu halların öyrənilməsi ilə məşğul olsam da, elmi metodlarla incələnmiş bir fakt belə yaza bilməyəcəm.

Amma qadınların cinsi əlaqədən məmnuniyyət dərəcəsi haqqında çoxlu məqaləyə rast gəldim. Bizim cəmiyyətdə cinsi münasibətdə kişinin rolu qabardılsa da, qadınlarımızın bu məsələdə xüsusilə "əziyyət” çəkdiyini söyləmək olar. Məsələn, gərdək gecəsi cinsi münasibətin alınmadığı cütlüklərdən qarşılaşdığım halların əksəriyyətində günahkar olaraq kimi göstərirdilər? Bəli, qızları. Kimdən soruşsan, hamı bir ağızdan "əl dəyməmiş”, "ailə qız”ları ilə evlənmək istəyir, amma heç kəs bu zavallı qız "əl dəyməmiş”dirsə, cinsi münasibət təcrübəsini haradan toplasın, elə ilk gecədən "ana quzusu” oğlanı necə məmnun etsin deyə özünə sual vermir. Həm qızları cinsi münasibət məsələsində arxa sıralara yerləşdir, həm də sonra "oğlana imkan vermədi” deyə günahlandır.

Ümumiyyətlə, bir məsələ mənə gün kimi aydındır:

- Cəmiyyət öz qoyduğu qaydalara uyan sadəlövhləri mütləq cəzalandırır və alçaldır.

- Cəmiyyət öz qoyduğu qaydaları saymayan kimsələri isə sevgi və məhəbbət hissi ilə qarşılayır.

Bir növ, "Stokholm sindromu”dur, yəni.


Yaxşı, qadınları ən çox məmnun edən cinsi münasibət davranışları hansılardır?

Cn. Hurlbert və yoldaşlarının ABŞ-da apardığı araşdırma bu suala özünəməxsus şəkildə cavab verir. Bunun üçün 161 nəfər evli qadına sorğu göndərilmiş, onlardan son 21 gün üçün cinsi münasibət gündəliyi tutmaları xahiş edilmişdir. Ortaya mənim üçün maraqlı rəqəmlər çıxır.

 

Ailəli qadınlar hansı növ cinsi münasibətdə olur və bundan nə qədər həzz alırlar?

 

Kunnilinqus. Qadın xarici cinsi orqanlarının tərəf müqabilinin dili ilə ehtirasa gətirilməsi. Araşdırmada iştirak edən qadınların son 21 gündə yaşadığı bütün cinsi münasibətlərin yüzdə 92-sində kunnilinqus aktı yaşanmışdır. Qadınların 82.6%-i bunu "çox ləzzətli”, - deyə qiymətləndirmişdir. Heç bir qadın kunnilinqusdan ləzzət almadığını bildirməmişdir.

Koitus – adi cinsi əlaqə. Elmi adı ilə vaginal penetrasiya. Qadınların hamısı normal cinsi əlaqə yaşadığını bildirmişlər. Bunlardan 68.4%-i koitusun çox ləzzətli, 19.4%-i isə ləzzətli olduğunu söyləsə də, 2% heç məmnun qalmadığını deyib.

Masturbasiya. Sorğuya qartılan qadınların 70%-i sadəcə masturbasiya etdiyini bildirsə də, 28,6%-i masturbasiya sırasında tərəf müqabilinin ona kömək etdiyini söyləmişdir. Bu növ münasibətdən qadınların əksəriyyəti məmnun qaldığını bildirmişdir.

Tərəf müqabili tərəfindən aparılan masturbasiya halları isə araşdırmada iştirak edən qadınların 1/3-də baş vermişdir. Qadınlar bunu əksər hallarda məmnuniyyət verici proses kimi qiymətləndirmişlər.

Fellasio – kişi cinsi orqanına qadının ağzı ilə masturbasiya etməsi. Qadınların çoxu partnyorlarına bunu etdiyini etiraf ediblər. Amma qadınların yarısı az-çox ləzzət aldığını, 1/5-i bundan məmnun qaldığını bildirib.

Anal əlaqə düşünüldüyünün əksinə, yayğın deyilmiş. Bir də qadınların yarısından çoxu oral əlaqə zamanı kişinin onun ağzına boşalmasından məmnun qalmadıqlarını bildiriblər.

Məqalədə cütlüklərin cinsi həyatına dair çoxlu məlumat olsa da, indilik bir cədvələ sığışan bu faktların kifayət olacağını düşünürəm.

Demokratik.Az

Oxşar xəbərlər