ADAU-da konfrans: “İslam həmrəyliyi zamanın çağırışıdır"

  • 17 apr 2017, 11:25

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsində İctimai elmlər və multikulturalizm kafedrası "İslam həmrəyliyi zamanın çağırışıdır” mövzusunda elmi-praktik konfrans keçirib. Konfrans Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb.

ADAU-nun mətbuat xidmətindən "Demokratik.Az"a verilən xəbərdə bildirilib ki, konfransı giriş sözü ilə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Rektor qeyd edib ki, 2017-ci ilin Cənab prezident İlham Əliyev tərəfindən "İslam həmrəyliyi ili” elan edilməsinin çox böyük ictimai, siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti var. Həmçinin deyib ki, insan hüquq və azadlıqlarının təminatı, o cümlədən sabitlik, əmin- amanlıq və vətəndaş həmrəyliyi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

 İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov isə konfransın mövzusu haqqında ətraflı məruzə edib, vurğulayıb ki, əsrlər boyu ölkəmizdə yaşayan və buranı özünə doğma vətən bilən bir çox xalqlar, etnik qruplar  Azərbaycanda heç vaxt antisemitizmə və ayrı seçkiliyə məruz qalmayıb, onlar arasında tarixən dostluq və qardaşlıq münasibətləri mövcud olub.

İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimlərindən Sevda Abdullayeva, Zümrüd  Qəhrəmanova, iqtisadiyyat ixtisası üzrə I kurs tələbəsi Humay Yusibova, metrologiya  və sertifikasiya ixtisası üzrə III kurs tələbəsi Nicat Əliyev və başqaları çıxışlarında Azərbaycanın müsəlman ölkələri arasında böyük nüfuza malik olmasından ətraflı danışıb, bütün müsəlman ölkələrinin və xalqlarının həmrəylik nümaiş etdirmələrinin vacibliyini qeyd ediblər.

 

Demokratik.Az

Oxşar xəbərlər