Günün videosu
Vasif Talıbovdan baş redaktor təyinatı
"Şərq qapısı” qəzetinin baş redaktoru dəyişdirilib.
"Report"un xəbərinə görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası
(MR) Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamla Mehriban Paşa qızı Sultanova "Şərq qapısı” qəzetinin baş
redaktoru vəzifəsinə təyin edilib.
M.Sultanova bundan öncə Naxçıvan Dövlət Universitetininin mətbuat xidmətinin rəhbəri
vəzifəsində çalışıb.
Xatırladaq ki, "Şərq qapısı” qəzetinin baş redaktoru Tural Qabil oğlu Səfərov
idi.
Qeyd edək ki, "Şərq qapısı” qəzetinin təsisçiləri Naxçıvan Muxtar
Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir.
Demokratik.Az
