Xəbər lenti
Bütün xəbərlər

Ovçu ərəblərin atdığı güllə mikroavtobusa dəydi - FOTO

  • 17 apr 2017, 08:31
Hacıqabul rayonunda ov edən turistlərin atdığı güllələrdən biri yol ilə hərəkət edən avtomobilə dəyib.

 

Ov tüfəngindən açılan atəş "Mercedes" markalı mikroavtobusun alın şüşəsinə dəyib.

İnsident nəticəsində sürücü və sərnişinlər xəsarət almasa da, avtomobilə ziyan dəyib.
Bərdə rayonundan olan sürücü İman Seyidovun iddiasına görə, atəşi açanlar Hacıqabulda çöl quşu ovlayan ərəblər olub. Hadisə o, şəxsi avtomobili ilə Bakıya gedən zaman baş verib. Sürücü ona təqribən 1000 manat dəyərində ziyan dəydiyini bildirir.

 

Oxşar xəbərlər