“Qarabağ” pomidorları Ermənistana buraxmadı
- 13 apr 2017, 08:16
Ermənistanın
gömrük orqanları Türkiyədən gətirilən və üzərində "Qarabağ” markası olan
pomidorları ölkəyə buraxmayıb.
Ümumilikdə, 50 kiloqramlıq pomidor olan yeşiklər geri qaytarılıb.
Xatırladaq ki, Ermənistana pomidor ixrac edən şirkətin adı "Sahtu Tarım
Ürünleri" Antalyada fəaliyyət göstərir.
Məlumata görə, bu şirkət ailə biznesi çərçivəsində fəaliyyət göstərir. Şirkətin
sahibləri Sevda adlı azərbaycanlı və onun türk həyat yoldaşıdır.
Sevda bildirib ki, onların şirkəti Gürcüstan, Ukrayna və Azərbaycana kənd
təsərrüfatı malları ixrac edir. O qutuların üzərində rusca "Karabax” yazılması
məsələsinə də aydınlıq gətirib.
""Karabax” adı şirkətin əmtəə nişanıdır. Yazının rusca olması isə ona görədir
ki, ixracatın əsas hissəsi postsovet məkanının bir neçə ölkəsinə həyta
keçirilir. O ölkələrdə yaşayan əhalinin çoxu isə rus dilini bilir”.
Qeyd edib ki, onların ixrac etdiyi kənd təsərrüfatı məhsullarının Ermənistana
daşınması üçün Gürcüstan vasitəçi ərazi qismində olmağı təklif edib.
Demokratik.Az