Zakir Nəsirov azadlığa çıxdı

  • 09 apr 2017, 10:19
Ötən gün - aprelin 6-da Azərbaycan DİN Cinayət axtarışı idarəsinin keçmiş rəisi, general-mayor Zakir Nəsirov azadlığa çıxıb. Bu barədə yayılan xəbərlərdə deyilir ki, keçmiş general qapalı Qobustan həbsxanasından həbs meddətinin 2/3 hissəsini çəkdikdən sonra buraxılıb
Məlumata görə, prezidentin əfv fərmanına müvafiq olaraq, Zakir Nəsirovun ömürlük həbs müddəti 15 illik həbslə əvəz olunmuşdu.

General-mayor Zakir Nəsirov "Qara kəmər” əməliyyatının nəticəsində həbs edilmişdi. Həmin əməliyyat çərçivəsində Azərbaycan ərazisində insan oğurluğu və qətllərdə ittiham edilmiş cinayətkar dəstə zərərsizləşdirilmişdi.

 

Demokratik.Az 

Oxşar xəbərlər