Ailəli kişi qardaşı qızını qaçırdı - VİDEO

  • 05 apr 2017, 08:52
Gəncə şəhərində üç uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub.

Bu barədə Həsənin ayrılmaq istədiyi həyat yoldaşı Həmidə Səfərova xəbər verib. 

Onun sözlərinə görə, əri ilə qaynı qızı bir ay əvvəl qoşulub qaçıblar. O, isə uşaqlarını da götürərək Biləsuvarda öz ata evinə qayıdıb. Qadın deyir ki, əri ilə qaynı qızının münasibətindən evləndikdən bir müddət sonra şübhələnib, lakin hər dəfə bu mövzu açılanda həyat yoldaşı onu müxtəlif vasitələrlə təhdid edib.

Həmidə Səfərova bildirib ki, ərinə qoşulub qaçan qaynı qızı evli olub, iki uşaq anasıdır. Əmisi ilə evlənmək üçün iki uşağını da yoldaşının üstünə atıb.

Qadının sözlərinə görə, əri ilə qızın üstündə tez -tez davaları düşüb. Sonda kişi boşanmaq üçün məhkəməyə müraciət edib. Amma uşaqları azyaşlı olduğundan hakim boşanmanı bir müddət təxirə salıb.

xezerxeber.az

Oxşar xəbərlər