Roma papası Qahirə islam universitetində çıxış edəcək

  • 04 apr 2017, 07:46

Roma papası Fransisk aprelin 28-də Misirin paytaxtı Qahirənin "Əl-Əzhar" Universitetində dünya problemləri üzrə beynəlxalq konfransın iştirakçıları qarşısında çıxış edəcək.

 

"Report" xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Universiteti ziyarət etmək və onun dini lideri Məhəmməd əl-Tayyib ilə görüşmək bazar ertəsi elan olunan Misirə səfər proqramının (28-29 aprel) əsas hadisəsidir. Səfər 37 saat davam edəcək.

Demokratik.Az

Oxşar xəbərlər