Demokratik TV
Xəbər lenti
Demokratik.Az » ANS Avropa Məhkəməsinə şikayət etdi
ANS Avropa Məhkəməsinə şikayət etdi
- 03 apr 2017, 17:30
ANS telekanalının rəhbərliyi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Şikayətdə telekanalın lisenziyasının ləğvi barədə yerli məhkəmələrin qərarlarının qanunsuz və əsassız olduğu göstərilib. Eyni zamanda, ANS-ə münasibətdə Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin tanınması xahiş olunub.
Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 15 iyul hadisələrindən sonra ANS-in efirində Fethullah Gülen-in müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildə saat 18:30-dan etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyi həmin qərardan Avropa Məhkəməsinə şikayət edib.
Teleradio Şurası «ANS-ÇM» radiosunun da lisenziyasını ləğv edib.
ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
ANS-in məhkəməsi olacaq
ANS-in işi yenidən Apellyasiya Məhkəməsində...
ANS-in taleyi bu gün həll olunacaq
ANS-lə bağlı yayılmış şayiələrə reaksiya gəldi
ANS-in şikayətinə baxan hakim dəyişdirildi
MTRŞ ANS-ə uduzdu – MƏHKƏMƏ
Jurnalistlər Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib
Qərardan şikayət verəcəyik!
"ANS-in yayımı bərpa olunmayacaq"
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti