Heydər Əsədov prezidentin qara siyahısındadır?
- 31 mart 2017, 19:01

İstiqlal.az-ın araşdırmalarına görə, H.Əsədovun "oyundankənar" vəziyyətdə qalmasına səbəb onun sabiq nəqliyyat naziri Ziya Məmmədovla quda olmasıdır.
"Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik ləğv edildikdən sonra sabiq nazirin yaxınları da siyasi hakimiyyətin qara siyahısına düşüb. Təbii ki, bu sırada sabiq nazirin qudası, kənd təsərrüfat naziri H.Əsədov ön sıradadır. Sabiq nazirin oğlu və KTN başçısının kürəkəni Anar Məmmədova, eləcə də onun atasına siyasi hakimiyyətin qəzəbi məlumdur. Və bu qəzəb Z.Məmmədovun qudasına da münasibətdə də özünü biruzə verir. Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirədə H.Əsədova söz verilməməsi də buradan qaynaqlanır. Çox güman ki, yaxınlarda H.Əsədov da nazir kreslosu ilə vidalaşmalı olacaq" - deyə hakimiyyətdəki mənbə istiqlal.az-a bildirib.
Demokratik.Az
