Ermənistan ordusu Qarabağda itki verdi

  • 29 mart 2017, 08:02

Martın 28-də saat 13.00-da Azərbaycanın işğal altındakı ərazilərində olan düşmən ordu itki verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, qoşunların təmas xəttindəki döyüş mövqelərindən birində erməni əsgəri ölümcül güllə yarası alıb.

Dağlıq Qarabağdakı separatçı rejim məhv edilən əsgərin 1997-ci il təvəllüdlü Artak Edikoviç Rafaelyan olduğunu açıqlayıb. Ermənistanın Müdafiə Nazirliyi baş vermiş hadisənin səbəblərini araşdırdığını bildirib və başqa ölkənin torpağında "uğurla” ölümə göndərdiyi erməni əsgərin ailəsinə başsağlığı verib. Maraqlıdır ki, bu dəfə işağlçı tərəf əsgərin Azərbaycan tərəfin atəşi ilə məhv edildiyini açıqlamayıb. Bu mənada mümkündür ki, baş vermiş hadisə erməni ordusundankı başıpozuqluğun nəticəsində baş verib.

Demokratik.Az

Oxşar xəbərlər