"Do Re Mi" gecə klubunda dəhşət-müştərini öldürdülər

  • 28 mart 2017, 08:05

Müğənni Elvin Babazadənin solo proqramı zamanı ölüm hadisəsi baş verib. "Demokratik.Az" APA TV-yə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Bülbül prospekti, 39F ünvanında yerləşən "Do Re Mi" musiqi klubunda qeydə alınıb.

Klubda olan Telman Məmmədov adlı şəxs dostu ilə yeyib-içərkən onlarla klubun inzibatçısı Fərhad Musayev arasında mübahisə düşüb. Mübahisə kütləvi davaya çevrilib. Fərhad Musayev Telman Məmmədovu yumruqla vurub, zərbənin təsirindən müvazinətini itirən Məmmədov yerə yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb. Adı çəkilməyən dostu Telman Məmmədovu evə aparan zaman o yolda keçinib.

Abşeron Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Demokratik.Az

Oxşar xəbərlər