Xəbər lenti
Bütün xəbərlər

Rafael Ağayev ata oldu - FOTOLAR

  • 25 mar 2017, 21:35
Çempionun oğlu dünyaya gəlib

"Qara brilyant" ləqəbli azərbaycanlı karateçi Rafael Ağayev ata olub.

İstiPress xəbər verir ki, ötən il ailə quran idmançımızın oğlu dünyaya gəlib.

Bu haqda xəbəri sosial şəbəkədə 6 dəfə Dünya çempionu, 5 dəfə Avropa çempionumuz olan Rəşad Hüseynov yazıb. O, həmkarını təbrik edib.

Qeyd edək ki, R. Ağayev 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb.






Oxşar xəbərlər