Azərbaycanda hər ay 1091 ailə boşanır
- 24 mart 2017, 11:02
Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır. Modern.az saytı
Ədliyyə Nazirliyindən son dörd ildəki boşanmalara dair rəsmi statistikasını əldə
edib.
Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikahın pozulmalarına dair rəsmiləşdirilmiş
rəqəmlər ciddi narahatlığa əsas verir.
Boşanmaların statistikasına baxaq:
2016-cı ildə Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin rayon (şəhər)
qeydiyyat şöbələri tərəfindən 13100 boşanma halları qeydə alınıb. Əhalinin hər
1000 nəfərinə boşanmaların sayı 1,4 olub. Başqa sözlə, ötən il hər ay təxminən
1091 ailə boşanıb.
2015-ci ildə boşanan ailələr 12764 olub. 2014-cü ildə 12088, 2013-cü ildə
11730 ailə dağılıb.
Göründüyü kimi, boşanmalarda ildən-ilə ciddi artım baş verir...
Ekspertlər boşanmaların əsas səbəbləri sırasında ər-arvadın bir-birinə güzəştə
getməməsini, işsizliyi, yoxsulluğu, insanların ailə qurmağa mənəvi cəhətdən
hazır olmamasını və digər amilləri göstərirlər...
Demokratik.Az
