Kamran Ağayev Almaniyaya qarşı oynayacaq?

  • 24 mart 2017, 10:56

Xəbər verdiyimiz kimi, martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq. Matç saat 20:00-da başlayacaq.
Oyun öncəsi komandamızın əsas qapıçısı Kamran Ağayevin zədəli olması millimizi çətin vəziyyətə salmışdı. 
Artıq zədə səbəbindən millimizin məşqlərində iştirak edə bilməyən Kamran Ağayevin vəziyyəti normaldır.
Bu barədə AFFA məlumat yayıb. Qapıçı zədəsini sağaldaraq, kollektivlə məşqlərə qoşulub.
Onun Almaniya ilə oyunda meydana çıxacağı gözlənilir.

 

Demokratik.Az

 

Oxşar xəbərlər