Xəbər lenti
Bütün xəbərlər

Hollandiya -Türkiyə böhranına futbol müdaxiləsi

  • 19 mar 2017, 12:24

Hollandiyalı jurnalist Martin de Qroot UEFA-nın Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasiminə müdaxilə etdiyini yazıb.Axar.az xəbər verir ki, o, diplomatik gərginlik yaşayan iki ölkənin – Hollandiya və Türkiyənin klublarının qarşılaşmaması üçün püşkatma mərasimində UEFA-nın "soyuq top, isti top” variantından istifadə etdiyini bildirib.

Nəticədə "Ayaks” (Hollandiya) və "Beşiktaş” (Türkiyə) klubları bir-biri ilə qarşılaşmayıb. "Beşiktaş”ın rəqibi Fransanın "Lion”, "Ayaks”ınkı isə alman "Şalke”si olub.
Qeyd edək ki, son günlərdə Niderland və Türkiyə arasında diplomatik böhran yaşanır. UEFA-nın məhz iki ölkənin azarkeşləri arasında baş verməsi ehtimal olunan xaosun qarşısını almaq üçün belə bir variantdan istifadə etdiyi deyilir.

Oxşar xəbərlər