Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Şahin Sultanova hökm oxunub
Şahin Sultanova hökm oxunub
- 18 mart 2017, 09:59
Dünən Nəsimi Rayon Məhkəməsinin binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmü ilə Ş.Sultanova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib və o, sərbəst buraxılıb.
Qeyd edək ki, dövlət ittihamçısı Ş.Sultanovun 13 il, digər təqsirləndirilənlərin isə 5-7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Həmçinin prokuror iş üzrə təqsirləndirilən 3 nəfərə şərti cəza istəyib. Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə daha 27 nəfər müxtəlif hərbi rütbəli şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilib. Ş.Sultanov və digər təqsirləndirilən 27 nəfər hərbi qulluqçu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Vitse-admiralın həbsindən bir müddət sonra Bakı Hərbi Məhkəməsində barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prokuror vitse-admiral Şahin Sultanova cəza istəyib
Vitse-admiral Şahin Sultanov həbsə, yoxsa evə gedəcək?
Sabiq deputata görə 6 iş adamı azadlığa buraxıldı
Müdafiə Nazirliyinin baş zabitlərinə hökm oxundu - 25 il 6 ay
Bankirə 15 İL HƏBS- 70 MİLYONLUQ TƏZMİNAT
Çovdarovun qurbanı olan şirkət rəhbərinin işi yenidən məhkəmədə
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti