13 saylı Cəzaçəkmə Müəssisəsindən 40 məhkum azadlığa buraxılıb

  • 17 mart 2017, 12:26
Azərbaycan prezidentinin dünən imzaladığı əfv sərəncamı 13 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub. Sərəncam həmin müəssisədə cəza çəkən 40 məhkuma şamil edilib.
 
Azadlığa buraxılan şəxslərdən  biri Nigeriya, 3 nəfəri Pakistan vətəndaşıdır.
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkilat Nəzarət İdarəsinin rəisi, ədliyyə polkovniki Musa Hümbətov bildirib ki, əfv sərəncamı ilə 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 2 nəfərin isə cəzası azaldılıb.
Oxşar xəbərlər