Dollar qalxacaq, neft ucuzlaşacaq - FED-dən "novruz hədiyyəsi"

  • 16 mart 2017, 09:04

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375%-dək  artıracaq. Bunu Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyəti proqnozlaşdırır.

Ötən ilin dekabrında FED 2017-сi ildə uçot dərəcəsinin 3 dəfə artırılacağını proqnozlaşdırmışdı.

"Artımı ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri labüd edəcək”, - deyə FED-in fevralın sonunda yaydığı məlumatda bildirilirdi.

*   *   *22:35

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası keçirilib.

FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.

Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2016-ci ilin dekabrın 14-də tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75%  artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

/////////////////

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin artırılması ilə bağlı qərar verdikdən sonra, gözlənildiyinin əksinə olaraq, dünya bazarlarında neft bahalaşmağa başlayıb.

Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 00:42-yə olan məlumata görə, "Brent” markalı neftin may fyuçersinin 1 barreli 52,00 dollara satılır.

Bu göstərici çərşənbə günü səhər alqı-satqı sessiyası başlayan vaxt qeydə alınmış rəqəmdən 1,08 dollar, yaxud 2,12% yüksəkdir.

 

Lakin ekseprtlərin əksəriyyətinin fikrincə, yaxın saatlarda, yaxud günlərdə neftin qiyməti sürətlə enə bilər.

 

Demokratik.Az

Oxşar xəbərlər