Deputatlardan xanımlara ilginc təklif: Ərlərinizi evə günü gətirməyə razı salın”.

  • 13 mart 2017, 10:54

"Ərlərinizi evə günü gətirməyə razı salın”. Bu qəribə çağırışla iraqlı iki qadın millət vəkili çıxış edib. 
Ölkədə çoxarvadlılıq haqqında qanunun qəbulunu vacib hesab edən qadın deputatlar Cəmilə Ubeydi və Ləma Halfi buna səbəb kimi müharibədə 2 milyon qadının ərini itirdiyini və dul qaldığını göstərib. Çoxarvadlılığın qanuniləşdirilməsini təklif edən qadın deputatlar parlamentdəki Qadın, ailə və uşaq komissiyasında təmsil olunurlar. Halfi 940 qadının İŞİD terror təşkilatı tərəfindən qaçırıldığını bildirərək kişilərin çoxarvadlılığına icazə verilməsini istəyib. 
Millət vəkili Cəmilə Ubeydi isə "Evənməyən və yaşı keçən qızlar, ərlərindən boşanan qadınlar, əri ölən dul xanımların ümumi sayı hazırda 4 milyondan çoxdur. Evli qadınlar diger qadınlara dəstək olmalıdır və ərlərini başqa bir arvad almağa da razı salmalıdır”. (Cebhe.info) 

Oxşar xəbərlər