Demokratik TV
Xəbər lenti
Demokratik.Az » 120-lik yolda "şou" göstərən sürücü həbs olundu - VİDEO
120-lik yolda "şou" göstərən sürücü həbs olundu - VİDEO
- 11 mart 2017, 22:53
Ötən gün Heydər Əliyev prospektində 120 km/saat sürət rejimi olan yolda hərəkətin əks istiqamətində gedən "ZİL” markalı yük maşınının sürücüsü saxlanılıb.

Məhkəmənin qərarı ilə sürücü Elçin Babayev 15 gün müddətinə inzibati qaydada həbs edilib. Eyni zamanda, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Bu gün "99 YP 314” avtopatrul maşınında xidmət aparan Bakı şəhər DYPİ-nın Yol-Patrul Xidməti Alayının polis baş serjantı Mirsəməd Seyidov həmin avtomobili sürücü ilə birlikdə Hava limanı - Binə yolunda aşkar edib. Bununla əlaqədar İdarədə araşdırma aparılaraq sənədləşdrilib.
Məlum olub ki, martın 10-da səhər saat 11.30-da Aeroport yolu ilə hərəkətin əksinə təhlükəli manevr edən və həmin yolda digər avtomobillərin hərəkətinə mane və təhükə yaradaraq hərəkət edən sürücü 1971-ci il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yaşayan, 5 uşaq atası Babayev Elçin Tinxan oğludur. O əməlini etiraf edib və bildirib ki, həmin vaxt sərxoş olub. Hətta bu gün məhkəmə qarşısına da içkili halda çıxıb. Bu vəziyyətdə isə öz əməlinə haqq qazandırmağa çalışıb: "İçmişəm, yaxşı eləmişəm. Gedib cəriməmi ödəyəcəyəm. Ona görə "protiv” gedirdim ki, benzinim az yansın”.
Sürücü E.Babayev Binə bələdiyyəsinin işçisi olub və kommunal təyinatlı yük avtomobilini idarə edirmiş.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Bakıda sərxoş "avtoş"dan film kimi "şou"...
Bakıda sərxoş sürücü küçənin ortasında yatdı
Sərxoş sürücü bayram günü polislə əlbəyaxa oldu - VİDEO
Sürücü öz maşınının altında qaldı - FOTOLAR
"Avtoşluq" edən məmur oğlu 20 sutka həbs edildi – VİDEO
Azərbaycanda radar müəmması - VİDEO
Dövlət Yol Polisi İdarəsindən sürücülərə xəbərdarlıq
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti