ADAU-da elmi-nəzəri konfrans keçirilib
Dünən Azərbaycan Dövlət
Aqrar Universitetində görkəmli təbiətşünas alimi, Respublika Dövlət Mükafatı
laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyevin anadan olmasının 110
illiyinə həsr olunan elmi-nəzəri konfrans keçirilib.
ADAU-nun mətbuat
xidmətinindən Demokratik.Az-a bildirilib ki, konfrans Azərbaycan Respublikası
Prezidentinin sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq
Kənd Təsərrüfatı Nazirliyi ilə birgə hazırlanan tədbirlər planına əsasən universitetinin
inzibati binasında "Akademik Həsən Əliyev və Azərbaycan təbiəti”mövzusunu əhatə
edib
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nınmüxbir üzvü,
professor İbrahim Cəfərov çıxışında deyib ki, akademik Həsən Əliyevin bu
universitetin məzunudur və əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunaraq
səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın
müxtəlif sahələrini əhatə edib. Akademik keçmiş SSRİ-də ümumi əkinçilik və
təbiəti mühafizə sahəsində görkəmli alim sayılıb. O, Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin
və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib
hazırlanmasına böyük əmək sərf edib. Vətənə və xalqa təmənnasız xidmətləri ilə
Azərbaycan elmində və tarixində əbədi iz qoyan şəxsiyyətlər sırasında
akademik Həsən Əlirza oğlu Əliyevin görkəmli yeri var. Ömrünü xalqının
xoşbəxtliyi naminə sərf edən bu böyük şəxsiyyətin həyatı və yaradıcılığı
gələcək nəsillər üçün əsl tərbiyə və nümunə məktəbidir.Akademik Həsən
Əliyevin XX əsr Azərbaycanın korifey alimləri ilə birgə əsasını qoyduğu
istiqamətlər bu gün elmimiznin simasını müəyyən edir. Azərbaycanda coğrafiya,
kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələri
onun rəhbərliyi ilə formalaşıb.
İbrahim Cəfərov onu da vurğulayıb ki, müasir dövrün üz-üzə qaldığı qlobal problemlərdən biri də təbiətin mühafizəsidir. Planetimizin elə guşələri var ki, təbiət haray çəkir. Akademik Həsən Əliyev təbiətin harayına yetən alimlərdən idi. Onu tanıyanlar deyirlər ki, Həsən Əliyev təbiəti doğma balası qədər sevirdi. Torpağın, təbiətin ürəyinə sancılan hər bir oxu ilk duyan, ilk "həyəcan təbili"ni vuran akademik Həsən Əliyev olub.
Konfransda AMEA-nın Torpaqşünaslıq və aqrokimya, Botanika, Coğrafiya İnstitutlarının alimləri Həsən Əliyev haqqında xatirələrini bölüşüblər. Gəncə Dövlət Universitetinin prorektoru, dosent Gülsüm Fətəliyeva "Akademik Həsən Əliyev haqqında xatirələr”, ADAU-nun Ekologiya və meşəçilik kafedrasının müdiri, dosent Musa Bayramov "Akademik Həsən Əliyevin həyəcan təbili”, professor əvəzi Zakir İbrahimov "Təbiəti sevənlər unudulmur”, Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüseynov "Torpaqşünaslıq elminin inkişafında Akademik Həsən Əliyevin rolu”, Biologiya kafedrasının müdiri Zaur Hümbətov " Həsən Əliyev Azərbaycan təbiətinin fundamental tədqiqatçısıdır” və Aqranomluq fakültəsinin torpaqşünaslıq və aqrokimya ixtisasının IV kurs tələbəsi Vüqar İsmayılzadə "Təbiətşünas alim akademik Həsən Əliyev haqqında düşüncələrim” mövzusunda ətraflı məruzələr ediblər.
Universitetin tədbirlər planına uyğun olaraq Aqronomluq fakultəsinin ərazisində salınan və akademikHəsən Əliyevin adını daşıyan "Dendroloji park” da yubileyə kollektivin töhfəsi limi qiymətləndirilib.
