Azərbaycan həbsxanasında böyüyən uşaqlar: "Ana, bir də pis yola düşmə" - VİDEO

  • 07 mar 2017, 18:49

"Buradan çıxıb atamın qəbrini təmizləmək istəyirəm”

ARB TV-nin "Rezonans" verilişi məhkumların 8 martla bağlı özəl proqramını təqdim edib.

Məhkumların anaları ilə bağlı ürək sözləri və məhkum olan anaların övladları haqda dediklərini hər kəsi təəccübləndirib:

Yeganə Ələsgərova (10 il 6 ay): "Övladıma demək istəyirəm ki, pis işlərdən uzaq olsun. Nənə və babasının sözünə baxsın".

Hafiz Hacıyev (ömürlük həbs): "Anama övladlıq borcumu yerinə yetirə bilməmişəm. Arzu edirəm ki, qapım açılsın, az da olsa nəsə edim".

Könül Məmmədova (11 il 3 ay): "Bütün analara onu demək istəyirəm ki, övladlarına yaxşı baxsınlar. Böyük günah işləmişəm".

Pərviz Quliyev (1 il): "Əgər desələr ki, bir arzu tut reallaşacaq, heç vaxt anaların ölməməsini istəyərəm".

İlhamə Ağayeva (7 il): "Övladıma görə yaşayıram. O, mənimçün hər şeydir. Sizin vasitənizlə ona demək istəyirəm ki, səni çox istəyirəm. Görüşə gələndə dedi ki, səni yanımda görmək istəyirəm, sən mənsiz necə tək qala bilirsən?! 4 divarın içində hara baxıramsa, qızımı görürəm."

Anar Məmmədov (7 il 6 ay): "Anam üçün çox darıxıram. İstəyirəm gedim atamın qəbrini təmizləyim".

Gülviyyə Əzimli (8 il): "Balamın ad gününü burada keçirdim. 4 ad günüdür ki, gəlir burada qeyd edirik. Evimdə uşağımla birgə olmağı istəyərdim".

Gülviyyə Əzimlinin uşağı: "Sənsizlik mənə dar gəlir. Ana, nə vaxt gələcəksən? Sən gəl, mən həm oxuyaram, həm işləyərəm, sizə baxaram. Ana, bir də pis yola düşmə".

Mahir Mahmudov (13 il 2 ay): "Bura özü canlı qəbirstanlıqdır. 13 illik cəzam var, anam xəstədir. Anam rəhmətə getsə, onun dəfnində iştirak edə bilməsəm, nəyə yaşayıram?!"


Oxşar xəbərlər