Ermənilərdən öz əsgərlərinə müraciət - “Qarabağdan qaçın”
- 05 mart 2017, 17:13
Baku.ws-nin
məlumatına əsasən, videoda erməni xalqına və əsgərlərinə müraciət edən
müsahiblər çıxışlarında Ermənistan hakimiyyətinə qarşı çox sərt mövqe tutublar.
Videoda Syuzan Caqinyan Ermənistanın
başında duran hakimiyyətin ölkənin ermənilərsiz qalması üçün əlindən gələni
etdiyi bildirir.
"Bu proqramlardan biri də ordudur. Mən belə düşünürəm ki, sizin yerinizə
orda Köçəryanın, Sərkisyanın və öz xalqından oğurluq edən bütün digər generalların
övladları, uşqları, nəvələri olmalıdırlar. Bu gün Qarabağ müharibəsi erməni
xalqını idarə etmək və onları müti qula çevirmək ücün bir vasitəsir. Onlara
uymayın. Nahəyət ki, erməni xalqının əsl düşmənlərinin kim olduğunu dərk edin.
Sizin həyatınız onlar üçün əhəmiyyətsizdir. Sizi bu münaqişənin sülh yolu ilə
həllini tapmağa çağırıram. Çünki mən şəxsən daha müharibə istəmirəm. İstəyirəm
ki, siz də istəməyəsiniz".
Hüquq mühafizəçisi Vaan Martirosyan:
"Siz əlinizdə silah vətəninizi qoruduğunuzu düşünərkən əsl düşmənlər sizin
arxanızda ana-atalarınızın vuraraq onların çörəklərini əllərindən alır. Onları
həbsxanaya atır, sizin gələcəyinizdən məhrum edirlər. Nə üçün Qarabağdan olan
heç bir insan Qarabağda xidmət etmir? Erməni gəncləri və onların valideynləri
ilə heç bir əlaqəsi olmayan torpaqlar uğrunda erməni əsgərlərinin ölməsinin
əsas günahkarı Sərkisyan rejimidir. Qarabağı ömürlərində bir dəfə də olsun
görməyən irəvanlı gənclər ora göndərilərək nəyin uğrunda vuruşduqlarının
fərqinə belə varmadan həlak olurlar”, – deyə bildirib.
Ermənistan vətəndaşı Sergey Culakyan: "Yad torpaqlarında qan tökmək
nəyə lazımdır? Mən Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçmiş
erməni gənclərinin bir nümayəndəsi kimi erməni əsgərlərinə müraciət edirəm:
silahlarınızı hazırda bizim ölkəni idarə edən əsl düməninizə tərəf çevirin”.