“Rusiya Qarabağda münaqişəni qızışdırır...”

  • 22 fev 2017, 18:48

Rusiyanın yürütdüyü xarici siyasət bütün dünya üçün təhdiddir.

Virtualaz.org xəbər verir ki, belə bəyanatla BMT Təhlükəsizlik Şurasında Litvanın xarici işlər naziri Linas Linkyaviçyus çıxış edib. Nazirin çıxışının mətnini Litva XİN-in mətbuat xidməti yayıb. (TASS)

 

 

"Rusiyanın məqsədyönümlü xarici siyasət strategiyası nəinki Avropa, eləcə də qlobal təhlükəsizlik üçün təhdiddir. Soyuq müharibənin başa çatmasından sonra Avropada ideoloji qarşıdurma aradan qalxmayıb. Rusiya Dnestryanı bölgədə, Dağlıq Qarabağda, Gürcüstanda köhnəlmiş münaqişələri qızışdırır, Ukraynaya qarşı hərbi təcavüzü davam etdirir”-Litva xarici işlər naziri deyib.

Nazir bildirib ki, bu münaqişələri nizamlamaq üçün beynəlxalq və regional təşkilatların bütün imkanlarından istifadə edilməlidir, diplomatik təsir rıçaqları və sanksiyalar işə salınmalıdır.

Oxşar xəbərlər