Parlamentdə İrəvana Azərbaycanla birləşmək təklifi edildi

  • 14 fev 2017, 13:44

Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov parlamentdəki çıxışında Avropa Parlamentində Azərbaycana qarşı təxribatlara reaksiya verdi. "Azərbaycan prezidentinin Brüsselə səfəri zamanı cəmi 2-3 Avropa Parlamentinin nümayəndəsi Azərbaycanla bağlı guya müzakirə təşkil etmək niyyətini irəli sürdü. Onların məqsədi Azərbaycan-Avropa İttifaqı münasibətlərini pozmaq idi. Ancaq bu, şəxsi təşəbbüs kimi Avropa Parlamenti tarixində utanc yeri kimi qaldı”.

Daha sonra S.Seyidov Azərbaycan və Ermənistanı quberniyaya çevirmək istəyən Vladimir Jirinovskinin çıxışına diqqət çəkdi: "Əslində başqa vaxt olsaydı, bu sözlərə heç fikir vermək düzgün deyildi. Lakin Xocalı soyqırımının 25 illiyi ərəfəsində mən bunu edə bilmərəm. Ümummilli liderimiz "Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir və sarsılmazdır” deyib. Bu, şüari deyil. Bu, bizim qan yaddaşımız, qanlı yanvarımız, Xocalımız, Qarabağımız, şəhidlərimiz, Çingiz Qurbanov, Mübarizimizdir. O ki, quberniya məsələsinə, əslində İrəvan bu statusa tam uyğun gəlir. Lakin Risiyanın yox, Azərbaycanlı quberniyası olaraq. Ermənistan qondarma bor dövlətdir, 95 faiz əhalini həmişə azərbaycanlılar təşkil edib. Ona görə də İrəvanın rəhbərliyi istərsə, qoy Azərbaycanın ayrılmaz hissəsi olsun”. Bundan sonra Səməd Seyidov çıxşını rusca davam etdirdi və Jironovskiyə şeirlə cavab verdi. Parlament onun çxışına alqışlarla reaksiya verdi.

Elşad Paşasoy,
Musavat. com

Oxşar xəbərlər