Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:43 - 17.10.2019  
Moskvadan Minsk və Bakıya Lapşin hədəsi gəldi - kritik gəlişmə
Tarix: 4-02-2017, 09:28 | Bölmə: Xəbərlər » Siyasət

Üç paytaxt arasında əsəb savaşı; Rusiya XİN sözçüsü "blogger Azərbaycana verilə bilməz” dedi; yəhudi cinayətkarın ekstradisiyası ətrafında qalmaqal böyüyür; Belarus Ali Məhkəməsinin 6 fevral yekun qərarı nə olacaq – gözlər həm də prezident Lukaşenkoda... 

 


Moskvadan Minsk və Bakıya Lapşin hədəsi gəldi

 

Azərbaycanın sorğusu əsasında Belarusda saxlanılan blogger Aleksandr Lapşinin işi ətrafında situasiya pik nöqtəsinə yaxınlaşmaq üzrədir. Qanunlarımızı kobud şəkildə pozaraq dəfələrlə işğal altındakı Dağlıq Qarabağa getdiyi və separatçı rejimi açıq şəkildə təbliğ elədiyi üçün barəsində Azərbaycana ekstradisiya qərarı çıxarılan Lapşinin məsələsini hələ ki onun üçlü vətəndaşlığa malik olması (İsrail, Rusiya, Ukrayna) müəyyən mənada yubadır.

Xəbər verildiyi kimi, bu gün - fevralın 4-də Belarus Ali Məhkəməsi məsələyə nöqtə qoymalı idi. Lakin az öncə bəlli oldu ki, bloggerin vəkili Minsk Şəhər Məhkəməsinin ekstradisiya haqda 27 yanvar qərarından Ali Məhkəməyə apelyasiya şikayətini sonuncu gün - fevralın 6-da verməyi qərarlaşdırıb. Prosedura görə, Ali Məhkəmə şikayətə uzağı, 3 gün ərzində baxmalıdır. Lakin məhkəmə elə həmin gün - yəni, bazar ertəsi də qəti qərar çıxara bilər.

***

Bu arada Moskvanın Belarus Ali Məhkəməsinin yekun qərarı ərəfəsində rəsmi Minskə təzyiq cəhdlərinin artması müşahidə edilməkdədir. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun ardınca Rusiyanın ombudsmanı Tatyana Moskalkova bənzər bəyanatla çıxış edərək, Lapşinin ekstradisiyası əleyhinə olduğunu söyləyib. Onun sözlərinə görə, Rusiya Konstitusiyası ölkə vətəndaşının üçüncü dövlətə verilməsini qadağan edir. Doğrudur, xanım Moskalkova Rusiya vətəndaşlarına səfər edərkən xarici dövlətlərin qanunvericiliklərini öyrənməyin və ona riayət etməyin vacib olduğunu da xatırladıb.

Dünən isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsələ ilə bağlı daha sərt mövqe sərgiləyib, faktiki surətdə Minski, demək, həm də Bakını hədələyib. Zaxarova da "Rusiya vətəndaşlarının üçüncü dövlətə verilməsinin yolverilməz olduğunu” bəyan edib.

Sitat: "Biz ardıcıl şəkildə bunda təkid edirik ki, Rusiya vətəndaşlarının üçüncü dövlətə verilməsi yolverilməzdir. Və bu mövqeyimizi diqqətə çatdırmaq üçün Belarus Xarici İşlər Nazirliyi ilə, bu ölkənin səlahiyyətli orqanları ilə intensiv təmasları davam etdiririk”.

Lakin Rusiya rəsmiləri nədənsə unudurlar ki, Belarusda Rusiyanın deyil, Belarusun konstitusiyası qüvvədədir. Həmin konstitusiya isə beynəlxalq qanunları belə pozan A.Lapşinin Azərbaycana təhvil verilməsini tamamilə mümkün sayır. Hərçənd o da artıq etiraf edilməlidir ki, məsələ indi həm də siyasiləşib. Yəni, yekun qərar eyni zamanda rəsmi Minskin, özəlliklə də prezident Aleksandr Lukaşenkonun iradəsindən asılı vəziyyətə gəlib.

Moskvadan Minsk və Bakıya Lapşin hədəsi gəldi

Bu yerdə onu da qeyd edək ki, Lapşinə görə yaxa cıran Moskva Rusiyanın digər vətəndaşı - Xankəndində qanunsuz şəkildə saxlanılan Dilqəm Əsgərovun taleyinə tam biganəlik göstərir (İkinci girov - Şahbaz Quliyevin isə həyat yoldaşı Rusiya vətəndaşıdır, rusdur)...

***

Xatırladaq ki, Azərbaycana ekstradisiya olunacağı təqdirdə yəhudi bloggeri 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözlənilir. Lakin müşahidəçilərin ehtimalına görə, həbsə lüzum qalmaya bilər. Ona görə ki, Lapşin və anası artıq prezident İlham Əliyevə əfv üçün müraciət ediblər. Məlum olduğu kimi, paralel surətdə İsrail dövləti bloggerin bağışlanması üçün neçə vaxtdır diplomatik hərəkətə keçib və Bakıdan intensiv xahiş-minnətdə bulunmaqdadır. 

Rəsmi Bakı isə Lapşinin ən azından, Azərbaycana gətirilməsində maraqlıdır. Başqa sözlə, blogger əfv edilsə belə, burada -Azərbaycanda əfv olunmalıdır. İstənilən halda, Bakının bu məsələdən uğursuz, Rusiya, işğalçı Ermənistan və İsrailin isə siyasi uduşda çıxmasına razı olmayacağı, imkan verməyəcəyi yəqindir. O da var ki, Azərbaycandakı əfv prosedurana görə, bağışlanma yalnız məhkəmə hökmü qüvvəyə mindikdən sonra mümkündür.
Beləliklə, gözlər yenidən Minskə dikilir. İki gün də gözləyək. Belarus Ali Məhkəməsinin yekun qərarı isə şübhə yox ki, Bakı-Minsk münasibətlərinin hansı səviyyədə olması ilə yanaşı, Minsk-Moskva münasibətlərinin də xarakterinə işıq salmış olacaq.

Bəzi məlumatlara görə, son vaxtlar Belarusla Rusiya arasında iqtisadi-ticari, gömrük və mal mübadiləsi, təbii qazın qiyməti məsələlərində ciddi narazılıqlar yaşanır. Bu narazılığın "Lapşin dosyesi”nə də inikas edəcəyi istisna olunmur.

Günün sonunda isə Lukaşenkonun açıqlaması yayıldı. "Belarusun Rusiya və İsrail vətəndaşlığı olan bloqger Aleksandr Lapşını Azərbaycana verməməsi üçün heç bir əsası yoxdur”.

Moskvadan Minsk və Bakıya Lapşin hədəsi gəldi

APA-nın  məlumatına görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"Bizim onu verməmək üçün hansı əsasımız var? Heç bir. Bütün qanun və qaydalara əsasən onu Azərbaycana təhvil verməliyik. Əlbəttə, biz onu buraxa da bilərik. Amma bu, düzgün olmayacaq. Bütün razılılaşmalara əsasən biz onu Azərbaycana təhvil verməliyik”.

Siyasət şöbəsi
Xəbər 1976 dəfə oxunub






Oxşar xəbərlər

Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı yenidən Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37807] initstartout [0.00023] initstartin [0.00108] calstart [0.01299] calend [0.00078] topnewsend [0.00765] rsssend [0.00000] ehgend [0.01027] tagsstart [0.00089] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.34414]