Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:03 - 20.06.2018  
“Kiçik torpağa böyük qayıdış”- müxalifət Cocuq Mərcanlı qərarını dəstəklədi
Tarix: 27-01-2017, 09:03 | Bölmə: Xəbərlər » Siyasət

İqbal Ağazadə: "Əhalinin yaşayış yerinə qayıtması Ermənistana mesaj verilməsi baxımından müsbət addımdır”; Əli Əliyev: "Lavrovun bəyanatından sonra belə bir addımın atılması həm də hakimiyyətin iradə nümayişidir”

 


Prezident İlham Əliyev yanvarın 24-də "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. 

“Kiçik torpağa böyük qayıdış”- müxalifət Cocuq Mərcanlı qərarını dəstəklədiSənəddə bildirilir ki, ötən ilin aprel ayında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
Sərəncamdan sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları ərazidə təmizlik, təhlükəsizlik və kəşfiyyat işlərinə başlayıb. Kəndin ərazisi mina və partlamamış silah sursatlardan təmizlənilir.

İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası və oraya qaçqınların qaytarılması ilə bağlı qərara müxalifət partiyaları da "Yeni Müsavat”a açıqlamalarında münasibət bildirib. 

“Kiçik torpağa böyük qayıdış”- müxalifət Cocuq Mərcanlı qərarını dəstəklədi

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Cocuq Mərcanlı barədə addım çox pozitiv addımdır: "1993-cü ildə Cocuq Mərcanlı kəndi ermənilər tərəfindən işğal olunmuşdu. 1994-cü ildə Azərbaycan ordusunun Horadiz əməliyyatı nəticəsində Cocuq Mərcanlı azad olunmuşdu. Lakin Lələtəpə yüksəkliyinin ermənilərin işğalında olması Cocuq Mərcanlıda əhali üçün təhlükə yaradırdı. Keçən ilin aprelində yüksəkliyin azad edilməsi ilə Cocuq Mərcanlı da təhlükədən xilas oldu. İndi həmin kənddə bərpa-tikinti işlərinin aparılması və kənd sakinlərinin öz yurd-yuvalarına qaytarılması qərarı istənilən halda çox pozitivdir. İstər psixoloji cəhətdən, istər əhalinin yaşayış yerinə qayıtması və istifadə olunmayan torpaqlarımızın vətəndaşlarımızın istifadəsinə verilməsi, istərsə də Ermənistana mesaj verilməsi baxımından müsbət addımdır. Kaş indiyə qədər bütün torpaqlarımız işğaldan azad olunaydı və böyük qayıdış reallaşaydı. Böyük qayıdış o zaman olacaq ki, Şuşaya, Ağdama və digər işğaldakı rayonlarımıza qayıdış başlayacaq. Azərbaycanda hamı şair təbiətlidir. Ona görə də bu məsələlərə bir az şairanə yanaşırlar. Belə yanaşılmamalıdır. Addım müsbət addımdır, amma şairanə yanaşmalar lazım deyil”.   

“Kiçik torpağa böyük qayıdış”- müxalifət Cocuq Mərcanlı qərarını dəstəklədi

VİP sədri Əli Əliyev bildirdi ki, Cocuq Mərcanlının bərpası ilə bağlı verilən qərar düzgün qərardır: "Bu qərar həm də torpaq məsələsində güzəştsiz Azərbaycan mövqeyinin nümayişi üçün də mühümdür. Nə qədər ki, Cəbrayıl rayonu tam olaraq azad edilməyib, Qarabağ məsələsi həllini tapmayıb, geniş xərc çəkilişinin tərəfdarı deyiləm. Lakin iradə nümayişi zəruridir. Lavrovun bəyanatından sonra belə bir addımın atılması həm də hakimiyyətin iradə nümayişi aksiyasıdır. Hərçənd ki, prezident Əliyevin Dağlıq Qarabağ konfliktinə dair verdiyi açıqlamanı Kremlin mövqeyinə adekvat cavab saymaq olardı”.

“Kiçik torpağa böyük qayıdış”- müxalifət Cocuq Mərcanlı qərarını dəstəklədi

 

AĞ Partiyanın sədri Tural Abbaslı da qərarı müsbət addım adlandırdı: 
"Hakimiyyətin Qarabağ və məcburi köçkünlərlə bağlı atdığı istənilən müsbət addımını siyasi mövqeyimizdən asılı olmayaraq dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. Qarabağ bizim ümummilli məsələmizdir. Cocuq Mərcanlı ilə bağlı qərarın bir neçə baxımdan əhəmiyyəti var. Burda heç bir siyasi rəqabətdən söhbət gedə bilməz. Müharibə həm də psixoloji aparılır. Hətta bir kəndin bərpa olunub əhalinin geriyə qaytarılması Ermənistanla psixoloji müharibədə üstünlüyümüzdür. Xeyirli-uğurlu olsun. İnşallah, rayonlarımız azad olunar və digər kəndlərimiz, rayonlarımızın bərpası haqqında qərarlar verilər”.  

Etibar SEYİDAĞA

Xəbər 2260 dəfə oxunub






Oxşar xəbərlər

Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.09782] initstartout [0.00013] initstartin [0.00058] calstart [0.00797] calend [0.00044] topnewsend [0.00327] rsssend [0.00000] ehgend [0.00516] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07974]