Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:50 - 15.11.2019  
Ermənilər AŞPA-da ifşa olundu
Tarix: 25-01-2017, 09:18 | Bölmə: Xəbərlər » Siyasət

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci iş günündə ciddi müzakirələr doğuran məsələ ukraynalı deputat, mədəniyyət, elm, təhsil və media komitəsinin sədri Volodimir Arievin hazırladığı "Avropada jurnalistlər əleyhinə hücumlar və mətbuat azadlığı” adlı məruzə olub.

Ermənilər AŞPA-da ifşa olunduMəruzənin qətnamə hissəsində Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda separatist rejimin mövcudluğunun və orada mətbuatın, digər sahələr kimi hər cür beynəlxalq nəzarətdən və qanundan kənar olmasının ayrıca vurğulanması Ermənistanın ciddi narahatlığına səbəb olub. Elə sessiya başlanan ilk gündən ermənilər müxtəlif təxribatlar həyata keçirir, məruzəçiyə təzyiqlər etməyə səy göstərirdilər. Bu vəziyyət məruzənin qətnamə layihəsinin mədəniyyət komitəsində müzakirəsi zamanı bütün aydınlığı ilə göründü. Lakin erməni nümayəndə heyətinin bütün canfəşanlığına baxmayaraq, komitə separatist rejimlərin, o cümlədən Dağlıq Qarabağın adının mətndə saxlanmasını zəruri hesab edib.

Məruzənin Parlament Assambleyasında müzakirələrində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərək əvvəlcə müasir dövrdə jurnalistin və mətbuatın oynadığı vacib rola diqqəti çəkib. Bildirib ki, jurnalistika bütün gözəllikləri ilə bərabər narahat peşədir, həmişə və dünyanın hər yerində belə olub və yəqin elə gələcəkdə də bu cür qalacaq. Hətta söz, ifadə azadlığı üçün ən münasib şəraitin yaradıldığı yerlərdə də jurnalist risklərdən uzaq deyil, hər hansı təhlükə ilə üzləşmək ehtimalı da daim mövcuddur. Çünki sözün, informasiyanın, təqdimatın necə çatdırılması və necə qəbul edilməsi həmişə fərdi səciyyəlidir, buna görə də ən fərqli reaksiyaların ortaya çıxa bilməsi mümkündür. 2015-ci ilin aprelindən 2016-cı ilin 28 noyabrınadək təkcə Avropa Şurasına üzv ölkələrdə 16 jurnalistin qətlə yetirilməsi və 2015-ci ildə də təxminən həmin sayda acınacaqlı statistikanın varlığı jurnalistin və mətbuatın üzləşdiyi təhlükələrin yalnız bir hissəsidir. Sonu ölümlə nəticələnməsə də, maliyyə problemlərindən tutmuş inzibati əngəllərə, mənəvi basqılara, çeşidli təhdidlərə qədər onlarla başqa təzyiq formaları mətbuatı və mətbuat işçisini qarabaqara izləyir.

Jurnalistikanı və mətbuat işçisini necə qorumağın yollarından bəhs edərkən R.Hüseynov bunun əsas açarlarından birinin jurnalistlərin özündə, onların peşəkarlıq səviyyəsində olduğunu deyib. "Mən ömrüm boyu jurnalistika ilə məşğul olmuşam və bu gün də həmin fəaliyyətimi davam etdirirəm. Bu, mənim üçün doğma bir sahədir və buna görə də hər bir peşəsinə sadiq jurnalisti həmkarım sayır, özümü daim onların yanında olmağa, maraqlarını müdafiə etməyə hazır və borclu bilirəm. Lakin jurnalistikaya təzyiqlər məsələsinin bir sıra aspektləri olduğu kimi, jurnalistlərin özlərinin də müəyyən hallarda həm sağlam jurnalistikaya, həm də vicdanlı, obyektiv jurnalistlərə qarşı təzyiq vasitəsinə çevrildiyi hallar istisna deyil. Sirr deyil ki, idarə olunan, sifariş yerinə yetirən, mənəvi killer rolunu oynayan, müəyyən hallarda elə jurnalistlərə qarşı istifadə edilən muzdlu mətbuat işçiləri və kütləvi informasiya vasitələri də var. Bəzən məhz belə "jurnalistlər” həbs olunanda, qarşıları qanuni vasitələrlə alınanda onlara guya təzyiqlər göstərilməsi haqda elə hay-küy qaldırırlar ki, sanki elə normal jurnalistikanı onlar təmsil edirmişlər. Əslində, istedadlı, qabiliyyətli, prinsipial, ədalətli jurnalistlər qalır bir kənarda. Digər tərəfdən, jurnalistlərin təhlükələrdən sığortalanmasının onların özlərindən asılı olan bir mühüm tərəfi də var. Jurnalistika alpinizmə çox bənzəyir. Alpinistin peşəkarlıq səviyyəsi nə qədər yüksəkdirsə, onun qayadan aşmaq, yıxılmaq, zədələnmək fürsəti də bir o qədər azdır. Jurnalist də ən kəskin mövzularda belə ustalığının hesabına elə yaza, faktları elə təqdim edə bilər ki, ona irad tutmaq, onu ittiham etmək, hədəfə götürmək mürəkkəbləşər. Müşahidələr göstərir ki, bir sıra hallarda məhz jurnalistika ilə məşğul olanların özlərinin təcrübəsizliyindənmi, peşəkarlıqlarının yetərincə olmamasındanmı buraxdıqları səhvlər, ehtiyatsızlıqlar ucbatından onlara qarşı məhkəmə iddiaları qaldırılır, cərimələr və sanksiyalar tətbiq edilir, həbslər və digər təzyiqlər də həyata keçirilir. Belə ki, jurnalistin birinci vəzifəsi peşə borcunu ləyaqətlə yerinə yetirməkdirsə, buna paralel ikinci vəzifəsi özünü qoruya bilməkdir. Bu baxımdan peşəkarlığı daim artırmaq vacibdir. Çünki yüksək peşəkarlıq jurnalistin ən etibarlı zirehidir”, - deyə R.Hüseynov əlavə edib.

Məruzədə Azərbaycana aidiyyəti olan məqamlar üzərində dayanan Rafael Hüseynov ölkəmizdə mətbuat sahəsində əldə edilmiş uğurların və inkişafın məruzədə ayrıca göstərilməsini müsbət qiymətləndirib. Eyni zamanda, azərbaycanlı deputat ölkəmizin ərazi bütövlüyünün Avropa Şurasının belə ciddi sənədində bir daha xüsusi olaraq qeyd edilməsinə toxunaraq deyib: "Qış sessiyasının gündəliyində jurnalistlər, geniş ölçüdə mətbuat, söz azadlığı ilə bağlı iki ciddi məruzənin yer alması bu problemlərin siyasi arenada və cəmiyyət həyatında nə qədər əhəmiyyətli yer tutduğuna dəlalət edir. Haqqında fikir bölüşdüyümüz məruzədə mənim ölkəmə, Azərbaycana aidiyyəti olan iki məqamla əlaqədar qənaətlərimi bildirmək istərdim.

Əvvələn, mən məruzəçiyə təşəkkür edirəm ki, Azərbaycanı araşdırılan mövzu ilə bağlı inkişafa, uğura nail olmuş ölkə kimi xüsusi qeyd edib. Digər məqam isə məruzədə diqqət mərkəzində olan həssas nöqtədir – Azərbaycanın işğal altında olan ərazilərində, o cümlədən Dağlıq Qarabağda və separatçı rejimlərin nəzarətində olan digər məkanlarda mətbuatın, jurnalistin taleyi məsələsi. Qətnamədə haqlı olaraq qanundan kənar, qeyri-şəffaf adlandırılan həmin ərazilərdəki vəziyyətdən ciddi narahatlıq ifadə edilir. Təbii ki, bu anormal halların aradan qaldırılmasının yeganə yolu həmin ərazilərdəki mövcud işğala, separatizmə son qoymaq, bu yerlərdə beynəlxalq nəzarətin tam təmin edilməsinə nail olmaqdır. Separatistin adı separatist, terroristin adı terrorist, işğalçının adı işğalçıdır. Burada ikinci mövqe ola bilməz. Həqiqətin tərəfində olanlar erməni nümayəndələri kimi müxtəlif təxribatlar və yolverilməz üsullarla bu həqiqətlərin ümumi sözlər arxasında gizlədilməsinə deyil, həqiqətlərin açıq şəkildə bəyan edilməsinə, yəni, mədəniyyət komitəsinin haqlı mövqeyinə tərəfdar çıxmalıdırlar”.

Assambleya üzvlərini məruzəçinin və mədəniyyət komitəsinin ədalətli yanaşmasını müdafiə etməyə, ilk növbədə erməni tərəfinin "Azərbaycana məxsus Dağlıq Qarabağda separatçı rejim” ifadəsini cürbəcür təzyiqlərlə mətndən çıxarmağa cəhdlərini rədd etməyə dəvət edən deputat Rafael Hüseynov vurğulayıb: "Arzu edirəm ki, hücumlar heç vaxt jurnalistə, mətbuata qarşı deyil, həmişə və kütləvi halda bu cür qanuna, haqqa, ədalətə zidd hallara qarşı olsun”. (Azərtac)

 

Demokratik.Az

Xəbər 2732 dəfə oxunub






Oxşar xəbərlər

“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.47898] initstartout [0.00029] initstartin [0.00146] calstart [0.03963] calend [0.00107] topnewsend [0.00848] rsssend [0.00000] ehgend [0.02024] tagsstart [0.00123] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.40650]