İlham Əliyev Qətərə səfərə gedir — EKSKLÜZİV

  • 16 yan 2017, 21:33

Bu ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyev Qətər Əmirliyinə səfərə gedəcək. 

Bu barədə Ölkə.Az-a diplomatik mənbədən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində Prezident İlham Əliyev Dohada Qətər dövlətinin Əmiri şeyx Tamim bin Hamad Al Sani ilə görüşəcək.

Görüşlər zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə ticarət, sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur.

 

Demokratik.Az

Oxşar xəbərlər