Çavuşoğlu Kəmaləddin Heydərova niyə zəng vurdu?

  • 10 yan 2017, 19:19

FETÖ terror təşkilatının Türkiyədə 15 iyul çevriliş cəhdi zamanı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun telefonla əlaqə saxladığı ilk şəxslərdən biri Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov olub 

Bu barədə Türkiyənin dövlət informasiya agentliyi Anadolu Ajans (AA) məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, AA-ın müxbirinin diplomatik qaynaqlardan əldə etdiyi məlumata görə FETÖ terror təşkilatının müdhiş çevriliş cəhdi başladıqdan həmən sonra 24 saat ərzində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 35 diplomatik şəxslə telefon əlaqəsi saxlayıb. Bir çox ölkələrin xarici işlər nazirləri ilə təmasa keçən Mövlud Çavuşoğlu onları baş verən hadisələrlə bağlı məlumatlandırıb. Çavuşoğlunun telefon əlaqəsi saxladığı xarici işlər nazirlərindən biri də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov olub. 

Maraqlıdır ki, Mövlud Çavuşoğlunun əlaqə saxladığı 35 şəxsin arasında xarici işlər naziri olmayan yeganə şəxs Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olub. Qeyd edək ki, Türkiyənin Xarici İşlər nazirinin Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu çevrilişə cəhdin ilk saatlarında araması da diqqət çəkir. Çavuşoğlunun Kəmaləddin Heydərovla nələri müzakirə etməsi ilə bağlı isə heç bir məlumat yoxdur.

Xatırladaq ki, daha əvvəl , Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə mətbuatına verdiyi açıqlamasında bildirmişdi ki, rus qırıcı təyyarəsinin vurulmasından sonra böhran səviyyəsində olan Türkiyə-Rusiya münasibətlərinin yenidən normallaşması və daha sağlam təməllər üzərində oturulması üçün Kəmaləddin Heydərov vasitəçilik edib. Qeyd edək ki, Çavuşoğlunun bu açıqlamsı Kəmaləddin Heydərovun xarici siyasətdə və beynəlxalq arenada ciddi bir fiqur kimi çıxış etdiyinin göstəricisi kimi qəbul olunmuşdu.

Demokratik.Az

 

Oxşar xəbərlər