Əli Əliyev gəncləri topladı

  • 26 dek 2016, 09:07
Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyevin ADP qərargahında gənclərlə geniş görüşü keçirilib. 

VİP mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə çıxış edən Əli Əliyev Azərbaycanda və ölkənin yerləşdiyi regionda cərəyan edən müxtəlif istiqamətli vacib prosesləri dəyərləndirib. VİP sədri bir sıra obyektiv və subyektiv səbəblər üzündən ölkənin sosial-iqtisadi və maliyyə durumunun təhlükəli böhran həddinə çatdığını, əhalinin vəziyyətinin xeyli ağırlaşdığını diqqətə çatdırıb. 

Partiya sədri hakimiyyətin qeyd olunan istiqamətlərdə effektli sabitləşdirici addımlar atmayacağı təqdirdə, vəziyyətin daha da acınacaqlı olacağını vurğulayıb və belə bir acınacaqlı durumu arzulamadıqlarını deyib. VİP sədri yaranmış şəraitin ölkə müxalifətinin də toparlanıb ayağa qalxaraq, hökuməti zəruri islahatlara sövq etmək zərurətini xeyli artırdığını bildirib.
Ə.Əliyev geniş çıxışından sonra görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

E.SEYİDAĞA