Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:11 - 26.03.2019  
Netanyahunun Azərbaycan səfərindəki mühüm anlar
Tarix: 14-12-2016, 08:03 | Bölmə: Xəbərlər » Siyasət

Azərbaycanı və Qazaxıstanı "müsəlman dünyasının iki mühüm ölkəsi” adlandırıb.

Netanyahunun Azərbaycan səfərindəki mühüm anlar Ötən gün İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana rəsmi səfərə gəlib. İsrail KİV-lərinin yaydığı məlumata görə Netanyahunu səfərdə xanımı və çoxsaylı nümayəndə heyəti müşaiyət edib. İsrail kəşfiyyatına yaxın "Debka” saytı xəbər verir ki, Netanyahu Bakıda prezident İlham Əliyevlə danışıqlar aparacaq, təxminən 7 saat sonra Qazaxıstana yola düşəcək. "Netanyahunun hər iki paytaxtda danışıqları ölkələr arasında ticarət razılaşmaların, o cümlədən hərbi sənaye, təhlükəsizlik və kəşfiyyat sahəsində razılaşmaları əhatə edəcək”-sayt bildirir. Netanyahu özü aerportda jurnalistlərə açıqlamasında deyib ki, onun Azərbaycana və Qazaxıstana səfəri İsrailin beynəlxalq aləmdən təcrid olunmadığının sübutudur. Çünki İsrailin beynəlxalq əlaqələri genişlənir, o cümlədən müsəlman dövlətləri ilə yeni əlaqələr qurur.

Heydər Əliyev Hava Limanında İsrailin baş nazirini baş nazirin müavini Əli Əhmədov qarşılayıb.  
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşıladılar. Onlar birgə foto çəkdiriblər. Daha sonra prezident və baş nazir arasında görüş keçirilib.

Görüşdə ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında” sazişi Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.

"Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Sazişi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar. "Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.

"Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında Birgə Komissiyasının yaradılması haqqında” Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.
Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşün mətbuata açıq hissəsində mehribancasına qəbula görə dövlət başçısına təşəkkür edib. İsrail KİV-ləri xəbər verir ki, Azərbaycan prezidenti ilə söhbətində Netanyahu son illər Bakıda gedən dəyişikliklərdən təəcübləndiyini gizlətməyib. "Sizin ölkənizdə hər şey necə də dəyişib! Mən bunu təyyarəmiz Bakıya enəndə gördüm”-Netanyahu deyib. 

İsrail baş naziri iki ölkə arasında isti münasibətlərin mövcud olduğunu bildirib. O, israillilərlə azərbaycanlılar arasında xeyirxah münasibətlər haqda danışaraq deyib ki, Azərbaycanda böyük yəhudi icması yaşayır. Habelə minlərlə adam Azərbaycandan İsrailə köçüb.

İlham Əliyev isə deyib ki, Azərbaycanda böyük yəhudi icması yaşayır, onlar cəmiyyətin mühüm tərkib hissəsidir. "Bu, bizim ölkələrimiz arasında münasibətlərin inkişafının əsasını təşkil edir. Bu gün Siz Azərbaycandakı yəhudi icmasının nümayəndələri ilə görüşdünüz”-prezident əlavə edib.
Netanyahu öz növbəsində qeyd edib ki, Azərbaycanla İsrail arasında münasibətlər bütün sferalarda inkişaf edir, xüsusən də yüksək texnologiyalar və energetika sahəsində.

B.Netanyahunun fikrincə, iki ölkə arasında sıx əlaqələr təkcə silah ticarəti anlamına gəlməməlidir, bu, həmçinin qarşılıqlı hörmət deməkdir.

"İsrail yəhudi, Azərbaycan isə müsəlman dövlətidir. Burada biz həm müsəlmanların, həm də yəhudilərin birgə çalışmasını, hər iki ölkə üçün yaxşı gələcək vəd edəcəyini görürük”, - deyə İsrail hökumət başçısı bildirib.

B.Netanyahu həmçinin iki ölkələri arasında enerji sektoru, kənd təsərrüfatı, təhsil və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişlənməsini vurğulayıb.

«Azərbaycan və Qazaxıstan İsraillə əlaqələrini genişləndirmək istəyir. Bu, bizim Asiya nəhəngləri, Afrika və Latın Amerikası ölkələri ilə əlaqələrimizin möhkəmləndirilməsinin ardınca baş verir”-Netanyahu bildirib. Baş nazir Azərbaycanı və Qazaxıstanı "müsəlman dünyasının iki mühüm ölkəsi” adlandırıb.

Netanyahu Bakıda ilk dəfə 90-cı illərin əvvəllərində olduğunu və prezident Heydər Əliyevlə görüşdüyünü xatırladıb. Bildirib ki, indiki səfər iki ölkə münasibətlərində "mühüm dönüş olacaq”.
Daha sonra Benyamin Netanyahu və xanımı Sara Netanyahu dekabrın 13-də Şəhidlər xiyabanını ziyarət ediblər. Baş nazir Benyamin Netanyahu Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının mənzərəsini seyr edən İsrailin baş nazirinə və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha sonra İlham Əliyevin Benyamin Netanyahu ilə birgə işçi naharı olub. Sonra dövlət və hökumət başçıları Netanyahu 1997-ci ilin avqustunda Bakıya səfəri zamanı Baş nazir Benyamin Netanyahunun ulu öndər Heydər Əliyev ilə görüşdüyü Şəfəq iqamətgahına gəldilər.

Prezident İlham Əliyev və Baş nazir Benyamin Netanyahu burada xatirə şəkli çəkdirdilər.
 
Demokratik.Az
Xəbər 2047 dəfə oxunub






Oxşar xəbərlər

ÇAĞDAŞ RUSİYANIN 1930-cu İLLƏRİN ALMANİYASI İLƏ OXŞARLIĞI
"Xəzər" Universitetinin təsisçisi ittihamlara cavab verdi - sabiq müəllimini əxlaqsızlıqda ittiham etdi
“Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - Əli Məsimli
Zakir Həsənov ABŞ-a işgüzar səfərə gedəcək
Paşinyan bunu da etdi! - Küçə süpürdü – VİDEO
Spikerin Moskvada yeni əmlakları aşkarlandı - (FOTOFAKT)
Xəzər Universitetinin "milyonları" hara xərclənir?
Tanınmış meyxanaçının ölüm səbəbi bilindi
Eden Azar "Real Madrid"ə keçməyə razılıq verib
ADY Gəncə-Bakı reysində dəyişiklik edib
ƏLİ İNSANOVUN “BORCU”… – Sabiq nazir həbs olunmasaydı, indi kim idi?
Bu da Zeynəb Xanlarovanın dəbdəbəli villası… – FOTO
Kasprşik Paşinyanla Qarabağ münaqişəsindən danışıb
NEFTİMİZ UCUZLAŞDI
Gəncənin yeni polis rəisinin oğlu “Porsche” ilə radara düşdü (FOTO)
PUA Frankfurt hava limanının işini dayandırdı
Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10563] initstartout [0.00013] initstartin [0.00060] calstart [0.00689] calend [0.00038] topnewsend [0.00262] rsssend [0.00000] ehgend [0.00507] tagsstart [0.00043] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08947]