İlham Əliyev Özbəkistanın yeni prezidentini təbrik edib

  • 05 dek 2016, 19:49
Azərbaycan prezidenti İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
"Hörmətli Şavkat Miromonoviç, Özbəkistan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, birgə səylərimiz xalqlarımızın mənafeyi, regionda sülh, sabitlik və təhlükəsizlik naminə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın, hərtərəfli əməkdaşlığın və çoxsahəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcək. Hörmətli Şavkat Miromonoviç, sizə möhkəm cansağlığı, firavanlıq və qardaş Özbəkistan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.
Oxşar xəbərlər