Prezident CAR Respublikasına dəvət olundu

  • 29 noy 2016, 15:05

"Azərbaycan və CAR kimi gənc demokratiyalar birgə işləməli və siyasi, iqtisadi, diplomatiya sahələri daxil olmaqla, insanlararası münasibətləri inkişaf etdirməlidirlər”.

Bu sözləri Cənubi Afrika Respublikasının xarici işlər naziri Maite Nikoana Maşabane Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, görüşdə xoş niyyət və qardaşlıq mesajlarını çatdırmaq imkanı yaradılıb: "Bu səfər vacib, tarixi səfərdir. 2014-cü ildə anlaşma memorandumu imzalamışıq və nazirlər səviyyəsində diplomatik məsləhətləşmələr aparırıq. Biz bu prosesi dövlətlərarası məsləhətləşmələr səviyyəsinə qaldırmaq istəyirik. Enerji məsələlərinə də toxunduq. Siyahı çox genişdir. Ölkələr arasında imzalanmağa hazır olan 7 anlaşma memorandumu mövcuddur. İkitərəfli sazişlər də var. Buraya sərnişin daşınması da daxildir. Bu sahədə irəliləyiş olmasa da, yüklərin daşınması sahəsində müəyyən irəliləyiş var”.

Nazir BMT-də islahatı zəruri sayıb: "İslahat lazımdır ki, qurumun və Təhlükəsizlik Şurasının qərarları həyata keçirilsin. Bu quruma qeyri-daimi üzv seçilməkdə verdiyiniz dəstəyə görə təşəkkür edirik. Sonradan biz də sizə dəstək olduq. Hər iki ölkə üçün əhəmiyyətli olan məsələlərə toxunduq, tutarlı nəticələr əldə olundu və bu istiqamətdə işlər aparılacaq. Bizim prezident azərbaycanlı həmkarını ölkəmizdə qəbul etməkdən məmnun olacaq”.

Demokratik.Az

Oxşar xəbərlər