“Oliqarxlar ölkəni çapıb-talamaqla məşğuldur”

  • 29 noy 2016, 11:09
Mixail Saakaşvilinin yaratdığı "Yeni Qüvvələr” hərəkatı Ukraynada vaxtından qabaq parlament seçkilərinin keçirilməsini tələb edir. Dünən isə Kiyevin mərkəzində Saakaşviliyə dəstək aksiyası keçirilib. 

İndi bir çoxlarını bu sual düşündürür, görəsən, Ukraynada son 10 ildə 3-cü dövlət çevrlişi baş tutacaqmı?

Politoloq Hikmət Hacızadə Moderator.Az-a açıqlamasında bildirdi ki, Ukraynada radikal dəyişiliklərə ehtiyac var:

"Mən orada növbəti "Maydan”ın  baş verib-verməyəcəyini deyə bilmərəm. Amma hesab edirəm ki, Ukraynada baş tutacaq parlament seçkilərində Saakaşvili və onun tərəfdarları parlamentdə kifayət qədər yer tutub ölkədə əsas söz sahiblərindən olacaqlar. Hazırkı məqamda isə Ukraynada radikal dəyişiliklərə ehtiyac var. Çünki oliqarxlar ölkəni çapıb talamaqla məşğuldur.”
 
Demokratik.Az
Oxşar xəbərlər