Lukaşenko gələn həftə Bakıya gəlir

  • 21 noy 2016, 18:29

Demokratik.Az bildirir ki, növbəti həftə, noyabrın 28-29-da Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfər edəcək.

Prezidentlərin görüş tarixi açıqlansa da, Bakıda iki prezidentin müzakirə edəcəyi məsələlərin siyahısı haqqında hələlik heç bir məlumat yoxdur.

Bir çox ekspertlərin fikrincə, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında Belarusun ən mühüm tərəfdaşıdır. İki dövlət arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir.

 

Demokratik.Az

Oxşar xəbərlər