Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:07 - 21.05.2018  
Müxalifət yeni birlik həvəsində
Tarix: 11-11-2016, 08:51 | Bölmə: Xəbərlər » Siyasət

Sərdar Cəlaloğlu: "Müxalifətdə kimlər növbəti prezident, parlament seçkilərində iştirak etmək istəyirsə, indidən birliklər yaratmalıdır”; Əli Əliyev: "Yetişən siyasi şərait müxalifətin təşkilatlanmasını zəruri edəcək” 

 

Azərbaycanda müxalifət düşərgəsində adətən parlament və prezident seçkiləri öncəsi bloklar, birliklər yaradılır. Hazırda isə müxalifət partiyaları arasında pərakəndəlik hökm sürür. Nə bu il, nə də gələn il seçkilərin nəzərdə tutulmaması müxalifət partiyalarının ən azı qarşıdakı bir ildə bloklar, birliklər yaradacağının mümkün olub-olmayacağı sualını meydana gətirir. 

 Müxalifət yeni birlik həvəsindəADP sədri Sərdar Cəlaloğlu öncə bildirdi ki, konstitusiyaya edilən yeni dəyişikliklər təcili yeni prezident və parlament seçkilərinin keçirilməsini zəruri edir. Ona görə də bu gün qəti şəkildə demək olmaz ki, gələn il seçkilər olmayacaq. İkincisi, birliklərin yaranması seçkilərlə bağlı olmalı deyil: "O cəmiyyətlərdə birlik meylləri zəifdir ki, o cəmiyyətlərdə demokratik şüur zəifdir, o cəmiyyətlərdə tərəqqi yoxdur. Halbuki birlik cəmiyyətin əldə etdiyi ən böyük dəyərlərdən biridir. Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, həmrəyliyə o qüvvələr nail ola bilər ki, onların hamısını eyni təhlükə gözləsin, əgər müxtəlif qüvvələri müxtəlif təhlükələr gözləyirsə, onlar həmrəy ola bilməzlər. Azərbaycan müxalifətindəki partiyaların hamısının bir araya gətirilməsi bu baxımdan mümkün deyil. Çünki hər partiyanın öz problemi var. Amma nisbətən eyni problemli partiyalar da var. Həmin partiyalar seçki olmasa belə, kiçik bloklar şəklində birləşə bilərlər və birləşməlidirlər. İndiki vəziyyətdə heç bir partiya ayrıca ortaya güc qoya bilmədiyi üçün ən azı kollektiv gücü ortalığa qoymağı bacarmalıdırlar. Təəssüf ki, bu gün belə meyllər görünmür. Seçkiöncəsi yaranan birliklərin isə effektsiz olduğu artıq təcrübədə sübuta yetib. Çünki seçkilərdən xeyli əvvəl qurulan birliklər effektli ola bilir. Müxalifətdə kimlər növbəti prezident, parlament seçkilərində iştirak etmək istəyirsə, indidən birliklər yaratmalıdır”.  

Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı isə bildirdi ki, hazırda müxalifətin birliyi haqqında heç bir müzakirə getmir. Amma Müsavat Partiyası həmişə real müxalifət qüvvələrinin funksional əməkdaşlığının tərəfdarı olub, bununla bağlı müəyyən təşəbbüslər göstərib: "REAL, NİDA və digər təşkilatların rəhbərliyi Müsavat başqanı ilə görüşür, müəyyən müzakirələr aparılıb”.

VİP sədri Əli Əliyev isə bildirdi ki, müxalifətdaxili düşərgədə əslində bir neçə birlik forması mövcuddur. Lakin həmin formatlar müxalifətin geniş koalisiyasını ehtiva etmir: "Müxalifətin birlik məsələsi gündəlikdən çıxmayıb, həmişəki kimi aktualdır. Mövzunu araşdıran zaman məsələyə bir neçə aspektdən qiymət verilməlidir. İlk növbədə, ”Siyasi vəziyyətin belə bərbad olmasında müxalifət pərakəndəliyinin rolu nə qədərdir" sualına obyektiv cavab axtarılmalıdır. Ölkədəki siyasi vəziyyətin necəliyini iqtidarın tətbiq etdiyi siyasi oyun qaydaları müəyyən edir. Hakimiyyət əlində olanları-siyasi hakimiyyət, karbohidrogen ehtiyatları, maliyyə resursları, iqtisadiyyat və s. yalnız özündə saxlamağa qərarlıdır. YAP iqtidarı 24-cü ildir ki, rəsmi müxalifəti özü formalaşdırır, mane olanları həbsə atdırır, siyasi proseslərin güzgüsü ola biləcək, 4-cü hakimiyyət sayılan mətbuatı əsasən inhisara götürüb, orta iqtisadi təbəqəni aradan qaldırıb. Belə şərtlər daxilinə müxalifət müntəxəbat xarakterli fəaliyyət göstərməkdə mütləq axsamalıdır. Çünki təhlükəli siyasi proseslərdə hərəkətverici rolda çıxış etməli cəmiyyət seyrçilikdən başqa rol ala bilmir. Müxalifətin pərakəndəliyi belə mühitin həlledici zəif vəsiləsi kimi görünməməlidir.

Digər aspekt, beynəlxalq ictimaiyyətin Azərbaycanla bağlı mövqeyidir ki, müxalifətin təşkilatlanmasında stimulverici qismdə çıxış edə bilmir. Beynəlxalq ictimaiyyət Azərbaycandakı siyasi proseslərə hakimiyyətdən özləri üçün hansısa güzəşti qoparmaq həddinə qədər dəstək verir. Bu yolda illər ərzində bir sıra siyasi qüvvələri öz aləti kimi istifadə etdikləri də sirr deyil. Nə qədər ki, Azərbaycan siyasi coğrafiya olaraq, beynəlxalq gündəliyə dəyişiklik ərazisi kimi daxil olmayıb, beynəlxalq amilin müxalifətdaxili "isnişməyə” göstərə biləcəyi müsbət impulsdan danışmaq çətin olacaq". 

Partiya sədri, bununla belə, vurğuladı ki, vəziyyət çıxılmaz da deyil. Azərbaycan artıq il yarımdır yeni iqtisadi-sosial fazaya daxil olub. Bütün nəzəri hesablamalar gələn ilin birinci yarısında problemin siyasi mühitə sıçrayacağını proqnoz etməyə əsas yaradır: "İlk növbədə yetişən siyasi şərait müxalifətin təşkilatlanmasını zəruri edəcək. Əhalinin hakimiyyətə münasibətinin necə dəyişdiyini görmək istəyənlər, bankomat qarşısında toplanan qəzəbli insanların növbədə durduqda səsləndirdiyi fikirlərini dinləsinlər. Neft pullarının tükənməsi çoxunun səbir kasasını daşdıracaq.  Belə şərait müxalifətin bir araya gəlməsini zəruri edir. Mən deyərdim ki, proses sönük olsa da, gedir. Mən belə təşəbbüslərin şahidi və iştirakçısıyam. İndiki təşkilatlanma təşəbbüslərini seçki təqviminə bağlamaq yanlışdır. Təmərküzləşmənin katalizatoru rolunda artan sosial gərginlik və bu zəmində genişlənən ayaqlanma olacaq. Hesab edirəm ki, gələn il də manatın zəifləməsindəki dinamika qalsa, artıq ilin birinci yarısında ciddi ictimai və siyasi dəstəyə malik konfiqurasiyaların şahidi ola biləcəyik”.

Etibar SEYİDAĞA
Xəbər 1407 dəfə oxunub






Oxşar xəbərlər

Naftalanın yeni icra başçısı kimin oğludur?
QALATASARAY Türkiyə çempionu oldu
Gəncədə iki yük avtomobili yandı
Saxta əlilliklə bağlı araşdırmalar başladı – həbslər gözlənilir
ŞOK: - Ərdoğana sui-qəsd planlaşdırılıb
Tramp həyat yoldaşının adını səhv yazıb
ULDUZ FALINIZ – 20 may
Sabah 33139 abituriyenti imtahan verəcək
Donbasda NATO-nun üç hərbçisi öldü
Nəsimi Paşayev istefa verdi
Alpinist Babur Hüseynov Astarada dəfn olunub
Xaləddin İsgəndərov işdən çıxarıldı
Ramazan ayında cinsi münasibət necə tənzimlənməlidir? - QAYDALAR
Azərbaycan nümayəndə heyəti Ankarada görüşlər keçirir
İsmayıllıya yağan dolu fəsadlar törədib
Hindistanda körpü uçdu, ölənlər var - FOTOLAR
Mahmud Abbas xəstəxanaya yerləşdirildi
Ermənilər Xocalıda şadlıq evi tikir
"Sağlam ailəmi sənə borcluyam..." - Röya
“Saakaşvili Tiflisə qiyamla qayıdır” - Gürcüstan çalxalanır
Putinlə və Paşinyan Soçidə görüşəcək
Qubada xalça oğrusu tutuldu
Düşmən mövqelərimizi atəşə tutdu
“7 rayon təklifi” güzəşt deyil: Nikolun mövqeyi isə... – Ekspert
Tiflisdə əhali küçələrdə: böyük əməliyyat - Foto
Fazil Məmmədov AGF-dən ayrıldı
12 may - ULDUZ FALI
Rövşən Lənkəranskinin “qardaşı”nın neft milyonları müsadirə edildi
"ELDARGEYT" generalları nə vaxt rütbədən məhrum ediləcək?
"Real" Levandovskinin transferindən imtina etdi
Şəmkirdə balıq istehsalı və emalı müəssisəsi yaradılır
Şirməmməd Hüseynovun qızına yüksək vəzifə verildi - SƏRƏNCAM
Ermənilər “Komsomolski pravda”nın redaksiyasına hücum edib
ABŞ-ın İran sanksiyaları bizə qazanc gətirir (açıqlama)
Bakıda zavod işçiləri aksiya keçirdi: – VİDEO
Ziya Məmmədov HİCRƏT edəcək?!
Kürəkən onunla sevişmək istəyən qayınanasını boğaraq öldürüb
Prezident Bakıda otel açılışında iştirak edib
Ebru Gündeş 200 min dollar xərclədi
Ayaz Mütəllibovun sabiq mətbuat katibi şikayətini geri çəkdi
“Qaqaş” ləqəbli narkotacir tutuldu – FOTO
“AZAL-ın borcu 1 milyarda çatıb” - RƏHBƏRİNİN AİLƏ BİZNESİ İSƏ ÇİÇƏKLƏNİR!
“Üçüncü dünya müharibəsi olmayacaq.”–Bəşər Əsəd
“Mən o dəhşətli günləri yaxşı xatırlayıram…” – İlham Əliyev
Lalə Məmmədova: “Həmkarlarımın intim videolarını …”
MM Heydər Əliyevin 95 illiyi ilə bağlı xüsusi iclas keçirdi
Gömrükçü general ev dustağı edildi – şok gəlişmə
Bürc nə deyir? – 11 may
Mehriban Əliyeva 3 nəfəri təltif edib
Nigeriyalı diplomat Sudanda öldürüldü
Aslan İsmayılov Eldar Əzizovu təhqir etdi - "ailəsinə sahib durmağa ağlı çatmayan"..
Məşhur alimin evtanaziya ilə ölümü - 104 YAŞINDA
XİN rəsmisi Paşinyana CAVAB verdi
Pensiya məbləğinin hesablanmasındakı nöqsanlar olub
Əli Əhmədov və Hadı Rəcəbli toyda rəqs etdi - VİDEO
Paşinyan diqtə etdi - 2 məmur işdən getdi
DTX-nın tutduğu baş redaktor məhkəmə zalından azadlığa buraxıldı - Hökm
Vladimir Putin: “Heydər Əliyev əsl lider olub”
Pandalar kütləvi şəkildə qırılır
Bakıda daha bir zorlanma xəbəri - İnternat məktəbində
Daşkəsəndə ana özünü və 6 aylıq uşağını yandırdı
Oqtay Şirəliyev baş həkimi işdən çıxartdı
Rauf Talışinski "Qurd qapısı" qəbirstanlığında dəfn olundu
Kəmaləddin Heydərovun Göygöldəki üzüm bağına xəstəlik yayılıb
Eldar Mahmudovun qızı UDUZDU – Qətnamə ləğv olundu
Qobustan sakini yanıq xəsarəti alıb
Qızıl 2 dollara yaxın bahalaşıb
Hesablama Palatası Milli Məclisdə hesabat verəcək
Kim Çen In Trampla görüşü müsbət dəyərləndirib
Bürclər – 10 may

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10821] initstartout [0.00012] initstartin [0.00058] calstart [0.00697] calend [0.00041] topnewsend [0.00221] rsssend [0.00000] ehgend [0.01837] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07906]