İtaliya XİN rəhbəri Bakıya Tbilisidən gələcək

  • 08 noy 2016, 08:32
İtaliyanın xarici işlər naziri Paolo Centiloni Gürcüstanın paytaxtı Tbilisiyə gəlib.

Bu barədə İtaliya XİN-i məlumat yayıb.

Məlumatda deyilir ki, Gürcüstan onun Cənubi Qafqaz səfərində baş çəkəcəyi birinci ölkə olacaq.

Səfər çərçivəsində nazir Gürcüstan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Danışıqlarda ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılacaq.

Məlumatda o da bildirilir ki, P.Centiloni daha sonra Azərbaycan və Ermənistana səfər edəcək.

 

Demokratik.Az

Oxşar xəbərlər