Çavuşoğlunun “daş”ı və manşetə çıxan Kəmaləddin

  • 16 okt 2016, 13:07

Təhlükə yetişir, zamanını indi gözləmədən…


Qardaş ölkənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu "quyuya bir daş atdı”. Bu daşın böyüklüyü – balacalığı önəmli olmasada səsi yaman gur gəldi. Azərbaycanın bir çox media qurumları atılan "daş”ın gözəlliyindən və "quyu”dan çıxan əcaib səsdən o qədər həvəslə bəhs etdilər ki, biz də bu mövzuya diqqət ayırmaq məcburunda qaldıq.

Dünən ölkə mediasının manşetlərini "bəzəyən” bir general şəkilli və "Türkiyə ilə Rusiyanı Kəmaləddin Heydərov barışdırıb” – başlıqlı yazılar qəribə suallar ortaya qoymuş oldu. Neçə vaxtdır qaranlıq keçmişi və manapolist fəaliyyəti ilə gündəmdən düşməyən Föqəladə Hallar naziri Kəmaləddin Heydərovun böyük dövlətlərin siyasi həyatında belə önəmli rol oynadığını görünür çoxlarımız bilməmişik. Sülhməramlı, xoşniyyətli və böyük nüfüz sahibi kimi cəmiyyətə sırınan Fövqəl nazirin sən demə ölkə başçısı kimi dövlət başçılarının siyasi iradəsinə təsir edə biləcək imkanlara sahib olduğunu anlamamışıq. Əslində dünən cənab generalın aylıq verdiyi "nəzir”lərlə millətin ətini tökən xəbərlər yaymaqda olan saytların əsas vəzifələrinin nədən ibarət olduğuna və "Gələcəyin prezidenti” kimi formalaşdırılan ideyaların təhlükəli bir arzuya çevrildiyinə şübhə qalmadı. İllərdir ölkə mətbuatında möhkəmlənən və öz maraqlarını qorumaq üçün say artıran Kəmaləddin Heydərovun bu gün əzələ nümayişinə çıxdığına inanmaq zamanı gəldi, yazmağın və ya deməyin vaxtıdır…

Quyuya atılan daşın və çıxan səsin dünən Azərbaycan oxucusunun gözünə "pərdə” çəkib, qulaqlarına ziyan verdiyinin fərqində olmaqla generalın "xoş niyyəti”nə səhifələrində yer verənləri necə qınayaq? Illərdir mediada "tər töküb” Kamalın təbliğatını qurub, onun cəmiyyətimiz üçün nə qədər önəmli şəxs olduğunu yazıqlar deməmiş deyillər. Hətta sosial şəbəkədə "Kəmaləddin Heydərov yaxşı adamdır. Sadəcə qoymurlar camaata yaxşılıq etsin. O çox adama kömək edir. Kaş onun kimi 5 məmurumuz olaydı”- kimi fikirlər paylaşanları qınamağa belə qorxmağa başlamışıq. Həmçinin, "Kəmaləddin müəllim yoldan keçəndə bir xeyir-şər yeri görsə maşınını saxlayar və ora 500 manat yardım etməmiş getməz” – deyən dostlarımla bundan sonra necə mübahisə edəcəyimi belə bilmirəm. Amma həqiqətlər tam başqa olmaqla atılan daşın səsindən fərqli səs çıxarır. Hamıya güclü, böyük söz sahibi, qüdrətli general kimi sırınan Kəmaləddin Heydərovun bu gün mediada vacib şərtlər daxilində önə çəkilməsi prosesi başlayır.


Sual: Generalımız həqiqətən Rusiya ilə Türkiyənin barışmasında önəmli rol oynayıb? Deyilənlərin və ya "quyudan” gələn səsin arxasında hansı maraqlar dayanır? 

Cavab: Kəmaləddin Heydərov – illər öncə Rusiyada həbs olunan sonra müəmmalı şəkildə azadlığa çıxıb və Makaryan adlı erməni ilə narkobiznes əlaqələri qurub. Realliq.info –nun araşdırmalarına görə həbsindən sonra məlum olub ki, qonşu dövlətlərdə böyük biznes şəbəkəsinın sahibidir. Lakin qısa dövr ərzində işləri rəvan getmədiyindən böyük borca düşüb. Bu zaman onun köməyinə hazırda Neftçala rayon icra başçısı İsmayıl Vəliyev və FHN –nin Gəncə regional şöbəsinin rəisi olmuş Rövşən Aslanov (Xızı rayon icra başçısı Xəzər Aslanovun qardaşıdır. Onlar İsmayıl Vəliyevin qayınlarıdır. İ.R ) gəlib. Onalr sahibləri olduqları "İlk Bank” Səhmdar Kommersiya Bankını və "Mejbankovskoye Obedinenie” Səhmdar Bankını Heydərova hədiyyə edirlər. Bundan sonra biznesini dirçəldərək Azərbaycana qayıdır. Dövlət Kömrük Komitəsinin sədri vəzifəsinə təyin olunandan sonra ölkə iqtisadiyyatında ilk manapolyanın yaradıcısına çevrilir. Ona maneçilik edən qüvvələri yolundan təmizləyən Kəmaləddin Heydərov komitəyə sədrlik etdiyi dövrlərdə böyük biznes şəbəkəsini qurmağa müvəffəq olub. Ökənin bir sıra şəhər və rayonlarında icra orqanlarına nəzarəti ələ ala bilib. Bir neçə il öncə onu ölkədə yeni yaranmış Fövqəladə Hallar nazirliyinin rəhbəri vəzifəsinə təyin edirlər. Bu təyinatdan sonra ölkənin bir sıra bölgələrində "şahlıq” etməyə başalayan general çox keçmir ki, Milli məclis seçkilərində də öz maraqlarını ortaya qoyur. Bir sıra miilət vəkillərinin mandat almasına dəstək verən Heydərov ciddi rəqibə çevrilir.

Hakimiyyətə qarşı sərt mövqedə duran müxalif qüvvələri tərəfinə çəkə bilən Kəmaləddin Heydərov çox keçmir ki, ölkə mətbuatında özünə xidmətçi qrup yarada bilir. Amma nəzərə almalıyıq ki, hazırda onun nəzarətində olan media orqanlarına müxalifət dediyimiz qüvvələr başçılıq edir. Təsadüfü deyil ki, Ulu Öndərin və prezident İlham Əliyevin siyasi kursuna qarşı mediada ən sərt yazıları yazan şəxslər Fövqəl nazirin nəzarətində olan media orqanının rəhbərləridir. Hətta ölkənin az-çox tanınan sayt rəhbərinə kömrük xətti ilə maliyyə ayrılır. Onu da qeyd edim ki, bir neçə gün öncə Realliq.info-da Heydərov haqqında dərc olunan yazı ölkənin bir saylı müxalif mediasında cəmi 10 dəqiqə göründü və yoxa çıxdı. 

Generalın gündən-günə ciddi gücə çevrildiyini anlamaq çətin deyil. Rusiyadan böyük dəstək alan Kəmaləddin Heydərov hazırda cənub zonasının "qubernatorudur”. Rayonlara icra hakimiyyəti başçılarının təyinatında önəmli rol oynayan Fövqəl nazir cənub zonasında vəziyyətin kritik həddə çatdırılmasında maraqlı tərəf olaraq qalır. Ölkədə iş adamı kimi ad çıxaran və bir sıra qanunsuz əməlləri ilə diqqətləri cəlb edən İbrahim Nehrəmlinin "vurulması”na rəğmən Heydərov tərəfindən mükafatlandırılması prosesin bir hissəsidir. Belə ki, İbrahim Nehrəmli hazırda Astara royonunda dəniz kənarı əraziləri hasarlamaqda davam edir. Etirazlara baxmayaraq icra başçısı Qəzənfər Ağayevin tapşırığı ilə Astara işğal olunur. Xatırladım ki, Qəzənfər Agayev fövqəl nazirin ən yaxın kadrlarından biri olmaqla yanaşı, həm də qanunsuz əməlləri ilə daim diqqət mərkəzindədir.

Kəmaləddin Heydərovun güclü rəqibə çevrilməsinə və bu gücü ona verənlərin maraqlarına nəzər salanda aydın olur ki, nazir hesablaşma dövrünə qədəm qoyub. Çavuşoğlunun fikirlərinin təhrif edilərək medianın gündəminə gətirilməsi Heydərov təhlükəsinin sərhədləri aşdığına işarədir. Prezident İlham Əliyevin iki böyük qonşu dövlətin barışmasındakı roluna əhəmiyyət verməyən Kəmaləddin Heydərov mediası ikincinin əməyini "parlaq” qələbə sayır. Bu "qələbə”nin adının deyil, kimin üzərində qazanılmasına önəm verilməli və qiymətləndirilməlidir. Qarşıda seçim dövrünün və önəmli dəyişikliklərin baş verəcəyini gözləyənlərə "mən də varam” mesajını verən Generalın hakimiyyətdaxili savaşa meyilli olduğu aşkardır. Nəzarətində hakimiyyət başçısının siyasətinə qarşı olan media, rayon və şəhərləri etiraza səsləyən icra başçıları və saxta əməllərinə görə "vurulmuş” biznesmenlər varkən Heydərovun manşetlərdə rəsmləşməsi təbiidir. Təhlükə yetişir, zamanını indi gözləmədən… 

Bəli cənablar. Daş atıldı. Səsinin çox və ya az gəlməsindən asılı olmayaraq məqsəd açıqdır. Adını isə hakim qoyacaq - Kamalla hesablaşma dövrü, yoxsa sonun başlanğıcı…?
İkram Rafiqoğlu
Realliq.info

Oxşar xəbərlər