Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:44 - 22.02.2018  
Dekabrda prezident seçkiləri keçiriləcək? - Açıqlama
Tarix: 11-10-2016, 00:18 | Bölmə: Xəbərlər » Siyasət

Sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin nəticələrinin təsdiq olunmasından sonra Azərbaycanda bu ilin dekabr ayında prezident və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Dekabrda prezident seçkiləri keçiriləcək? - AçıqlamaYayılan məlumatlara əsasən, konstitusiyaya edilən son dəyişikliklər seçkilərin keçirilməsini zəruri edən amilə çevrilib. Bildirilir ki, xüsusilə də prezidentin səlahiyyətlərinin artırılması ilə bağlı maddələr prezident seçkilərinin keçirilməsini labüdləşdirir.

Bununla bağlı danışan millət vəkili Fazil Mustafa referendumun nəticələri təsdiq olunandan sonra Azərbaycanda prezident seçkilərinin keçirilməsi ehtimalının böyük olduğunu vurğulayıb: "Prezidentlik müddətinin artırılması yeni bir situasiya yaradır. Digər tərəfdən vitse-prezidentlik institunun təsis olunması prezidentin daha yeni səlahiyyətlər qazanaraq bu istiqamətdə müəyyən yeni təyinatlar etməsini zəruri edir. Parlamentin isə statusu, müddəti, səlahiyyətləri ilə bağlı heç bir ciddi dəyişiklik yoxdur. Ona görə də daha çox prezident seçkilərinin keçirilməsi ehtimalı böyükdür. Ona qalsa gərək bələdiyyə seçkiləri də dərhal keçirilsin. Amma bu üç seçkini keçirmək ölkə üçün iqtisadi və siyasi cəhətdən çox böyük hazırlıq tələb edən məsələdir. Prezident seçkiləri isə 2018- ci ildə keçirilməlidir, onun 1 il əvvələ çəkilməsi o qədər də fərq etmir”.

Millət vəkili Zahid Oruc isə referendumun nəticələrinin təsdiqindən sonra hakimiyyət orqanlarının yenidən formalaşması üçün prezident və parlament seçkilərinə gediləcəyi haqda deyilənlərin hüquqi əsasının olmadığını vurğulayıb:

"Konstitusiya 5 illik dövrdə ölkəyə rəhbərlik edən şəxs üçün müvafiq maddələrin qüvvəyə minməsini, onların tətbiqini qadağan etmir. Ona görə də yeni seçkilər keçirilməyəcək. Yəni, vitse-prezidentlərin təyinatına, yaxud vətəndaşa layiqli xidmət etməyən məmurun fəaliyyəti ilə bağlı hazırkı maddələrin gerçəkləşməsinə heç nə olmur. Qeyd etdiyiniz sualların yaranmasının səbəbini başa düşmək olar. İqtidar əleyhdarları bir tərəfdən konstitusiya islahatlarını qəbul etmir və ulu öndərin rəhbərliyi ilə yazılmış Ana qanunun müdafiəçisi kimi çıxış edir, o biri yandan 26 sentyabr dönəmini xəyali olaraq nəzərə almaqla yeni seçkilər tələb edir. Halbuki beynəlxalq təşkilatların Azərbaycanla münasibətləri davam etdirməsi, məlum sanksiya çağırışı tərəfdarlarının mövqeyinin qəbul olunmaması onu deməyə əsas verir ki, referendum müxalifəti ölkənin həyatında fəal iştirak imkanlarından bir az da uzaqlaşdırdı. Lakin əgər seçkilər hətta gələn həftə keçirilsəydi belə, hazırki iqtisadi-siyasi reallıqda İlham Əliyevdən başqa heç bir qüvvə qalib gələ bilməzdi. Çünki xalqın öz təhlükəsizliyinə və idarəetmə sistemində aparılan köklü qansız islahatlara münasibəti dəyişməyib.

Parlamentə gəldikdə isə, yeni seçkilərə getmədən ölkənin həyatına, dövlət quruculuğuna dair gündəliyi fəal şəkildə qanunverici orqanın tribunasına daşımaq yetər ki, kimsə yeni seçkiləri xəyalından belə keçirməsin. Legitimlik təkcə səsvermə qutusu ilə bağlı hadisə deyil, həmçinin xalqın təmsilçiyini hər zaman ən yüksək şəkildə yerinə yetirməyə çalışmaqdır”.

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov da yayılan məlumatlarla bağlı  qeyd edib ki, sözügedən informasiyaların heç biri rəsmi deyil: "Bunlar ancaq qəzet versiyaları ola bilər. Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Prezident seçkilərinin keçirilməsi Konstitusiya ilə müəyyən olunur. Növbədənkənar seçkilər keçirmək prezidentin hüququdur. Bunlarla bağlı Mərkəzi Seçki Komissiyasının hansısa qərar vermək hüququ yoxdur. Konstitusiya ilə seçkilər 5 ildən bir keçirilməlidir. Ona görə də növbəti seçki 2018- ci ildə keçiriləcək”/qafqazinfo/.
Xəbər 1267 dəfə oxunub






Oxşar xəbərlər

Türk gəmiləri döyüş vəziyyətinə gətirildi
Prezident İran müdafiə nazirini qəbul edib
Azərbaycan XİN Fransa XİN-ə cavab verdi
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - təfsilat
Atəşkəs rejimi 135 dəfə pozulub
Bayılda gərginlik artır: əhali Abutalıbovu axtarır
Sabiq deputatlara pensiya veriləcək
Sahibkarlar üçün mühüm qanun - borcları silinir
İqbal Ağazadədən ÇAĞIRIŞ: “Düşmən deyilik”
YPG Türkiyənin zərbələrindən sonra Afrindən geri çəkildi
Sərdar Cəlaloğlu da prezidentliyə namizəd oldu
“Azərsu”ya 15 milyon manat ayrılıb
Göygöldə 11 gündür itkin düşən gəlin Gəncədə tapıldı
“Rəqqasə Fatimə paxıllıqdan məni bloka atıb” – Afət - VİDEO
Azərbaycanlı blogger Moskvada saxlanıldı
PREZİDENT BU BORCLARI SİLİR – Sığorta amnistiyası
ELDAR NAMAZOVUN TƏŞKİLATI İLHAM ƏLİYEVİ DƏSTƏKLƏDİ - Şok bəyanat
Moskvada 25 dərəcə şaxta qeydə alınıb
Kök modeldən erotik FOTO və VİDEOSESSİYA
Hakimiyyət Əli Həsənovla vidalaşır? – “Qaçqınkom” yoxlanılır
Prezidentliyə namizəd Qərbin Qarabağ proseslərinə yanaşmasını şərh edib
Düşmən atəşkəs rejimini 124 dəfə pozub
Serj Sərkisyanın Münhen şantajı və uğursuz gedişi
Gəncə QAİ-sinin cərimə meydançasında "ən ucuz maşınlar kolleksiyası"-RƏHİM ZALOV ÇUBUĞUNU KASIBLARA YELLƏYİR?
Qərbdən gələn diplomatlar müxalifətlə niyə görüşmürlər?
Mülayim keçən qışdan sonra kənd təsərrüfatında nə gözlənilir
Tramp ABŞ prezidentlərinin reytinqində son sırada
Bürcünüz sizə nə deyir? – 20 fevral
Türkiyə ordusu YPG müdafiəsini darmadağın etdi
“Müharibə hər an başlaya bilər” - Zakir Həsənov açıqladı
Müharibə əlillərinə verilən prezident təqaüdü də artırılıb
Əli İnsanov məhkəməyə məktub göndərdi
Şəhid ailəsi üçün Prezident təqaüdü artırılıb
Orduxanın yaxın qohumları dövlətə müraciət etdilər: “Ondan imtina etmişik” - VİDEO, FOTOLAR
Bloqer Tural Sadıqlının atası azadlığa buraxılıb
Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib
Yol polisi DTX-nın əməliyyatına mane oldu – İşdən qovuldu
Baş nazirimiz hesabat verəcək
Livan prezidenti Ermənistana səfər edəcək
62 yaşlı əməkdar müəlliməyə cəza kəsildi - dələduzluq işi
Türkiyəli seks-manyak təcridxanada öldü - Bakıda
İraqda azərbaycanlı qadınlara ömürlük həbs cəzası verildi
Əli Həsənovun kitabı qırğız dilində nəşr edildi
Frenk Elkaponidən Qarabağ qazilərinə növbəti JEST - daha 5 mənzil hədiyyə edəcək
İsmayıllıda yanan villa Ziya Məmmədovundur? - VİDEO
Aparıcı Mətanət Əsədovanı belə öpdü - Efirdə biabırçılıq (VİDEO)
Düşmən təxribatı - atəşkəs 136 dəfə pozulub
"Cəmil Həsənli haqqımda bir xoş söz deyən kimi..." - Anar
Millimiz Avropa çempionatının qalibi oldu
Bərzani yeni seçkilərin anonsunu verdi
PKK-nın da sonu ASALA kimi olacaq - Ərdoğan
Əfv sərəncamının verilmə vaxtı dəyişdirilə bilər - SƏBƏB
Qadın əsəbidirsə, qız doğmaq şansı böyükdür
Suriyada həlak olmuş muzdlunun arvadı: “Onları döyüşə donuz kimi atmışdılar”
19 fevral - BÜRCÜNÜZ
Suriya Afrinə qoşun yeridə bilər
Bakı sakini tullantılardan neft istehsal edir — VİDEO
Göygöldə 2 ayın gəlini yoxa çıxdı (VİDEO)
"Qəbələ" - "Zirə" oyunundan sonra dava düşdü - VİDEO
Rövnəq Abdullayev: “Sadəcə bir addım qalıb”
Qazaxıstan XİN qırğız deputatın saxlanıldığını təsdiqləyib
Avropa Birliyindən Türkiyəyə əxlaqsız və alçaldıcı təklif
“Kərtənkələlər bizə qarşı casusluq edib”-İranlı general
Gültəkin Hacıbəyli FB-də fakt qarşısında qaldı - FOTO
13 nəfər prezidentliyə namizədliyini irəli sürüb
Samiraldo əslində kimdir? (Samiraldonun bir günü) VİDEO
Bikiniyə oxşayan qırmızı libası ilə gecənin ulduzu oldu - fotolar
Əli Həsənov antiAzərbaycan qüvvələrindən danışdı
ABŞ kəşfiyyatının Qarabağla bağlı məxfi məktubu

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.09698] initstartout [0.00015] initstartin [0.00070] calstart [0.00779] calend [0.00044] topnewsend [0.00408] rsssend [0.00000] ehgend [0.00598] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07729]