Roma Papası Fransisk Azərbaycana gəlib

  • 02 okt 2016, 13:20
Roma Papası Fransiskin Azərbaycana səfəri başlayıb.
 
APA-nın xəbərinə görə, Heydər Əliyev adına hava limanında qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayıb.
 
Səfər çərçivəsində Roma Papası ilk öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək. Sonra Fransisk Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edəcək.  Daha sonra Roma Papası və Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü və Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulub.
 
Səfər proqramına, həmçinin, Roma Papası Fransiskin bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin dini icmalarının rəhbərləri ilə görüşü də daxildir.
 
Bundan başqa, Fransisk "Heydər Məscidi” və  Şəhidlər Xiyabanına baş çəkəcək. Roma Papasının Bakıya səfəri bu gün axşam  başa çatacaq.
 
Demokratik.Az
Oxşar xəbərlər